“Türk-Alban əlifbasında yazılan yüzlərlə tarixi sənəd Matenadaranda saxlanılır”
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Verilişin budəfəki qonağı siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev olub.
O, ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsindən söhbət açıb.
Bildirib ki, Teymurilər dövlətinin banisi, türk sərkərdəsi Əmir Teymurun böyük ordusunun önündə daim canlı sipərlər olub. Bu canlı sipərlər fəthlər zamanı əsir götürülənlərdən təşkil olunub.
Alimin sözlərinə görə, Osmanlı İmperiyası ilə savaş müddətində Əmir Teymurun qoşunlarının önündə canlı sipər kimi istifadə edilənlər arasında az sayda ermənilər də olub. Savaş yekunlaşandan sonra həmin ermənilərin bir qismi Qafqaz regionunda qalıb.
Səfəvilər dövlətinin ilk rəhbəri Şah İsmayıl Xətainin dövründə isə ermənilər Eçmiədzin kilsəsində ibadət etməyə və bu ərazidə məskunlaşmağa icazə alıblar. Həmin dövrdə onların ümumi sayı cəmi 1000-1500 nəfər təşkil edib.
Lakin sonrakı illərdə onlar Hindistandan gəlmə hay-boşa qaraçı tayfalarını Qafqaz regionuna cəlb etməyə başlayıblar. Təsadüfi deyil ki, ermənilərin soy-kökü məhz bu hay-boşa qaraçı tayfaları ilə bağlıdır.
Dosent Z.Əliyev deyib ki, 1805-ci il “Kürəkçay”, 1813-cü il “Gülüstan”, 1828-ci il “Türkmənçay” müqavilələrindən sonra ermənilər kütləvi şəkildə tarixi torpaqlarımıza, o cümlədən İrəvan və Qarabağ xanlıqları ərazilərinə köçürülüblər.
O söyləyib ki, ermənilər bu coğrafiyaya köçürülmə xalq olduqları üçün Azərbaycan ərazilərində aparılan arxeoloji qazıntılarda onların hər hansı tarixi izinə rast gəlmək mümkün deyil.
Alim tarixdə ərmən adlı dövlət, xalq və ya tayfanın olmadığını da dilə gətirib. Qeyd edib ki, ərmən cəsur, döyüşkən şəxslərə verilən bir tituldur. Onun fikrincə, tarixi Azərbaycan torpaqlarında 32 türk tayfası yaşayıb.
#Zaur Əliyev teqi istifadə olunub
- Nazir müavini kənd təsərrüfatı üzrə dinamikadan və görülən işlərdən danışdı - Baku TV
- Kənd təsərrüfatı nazirinin müavini yeni subsidiya alətindən danışdı
- Kənd təsərrüfatı sahəsində Dövlət Proqramından gözləntilər
- Kənd təsərrüfatı nazirinin müavini “2 faizlik artım” hədəfinə aydınlıq gətirib
- Nazirlikdə 2026-2030-cu illər üzrə Dövlət Proqramı müzakirə olunacaq - Baku TV CANLI
