Türk Dövlətləri Təşkilatının gücü artır
Yeniliklərdən dərhal xəbərdar olun
Özbəkistanla Qazaxıstan arasında sərhədlərin demarkasiyası haqqında Saziş ratifikasiya edilib. Bununla da iki ölkənin münasibətlərində yeni dövrün başlamasına münbit şərait və ikitərəfli strateji müttəfiqlik üçün zəmin yaranıb.
Siyasi şərhçi Mətin Məmmədlinin sözlərinə görə, Özbəkistanın Qazaxıstan və digər region ölkələri ilə sərhəd xəttinin müəyyənləşdirilməsi ilə bağlı əldə etdiyi razılaşma digər postsovet ölkələri üçün də presedent rolunu oynaya bilər: “Sərhəd xətlərinin müəyyənləşdirilməsinin başa çatdırılması postsovet ölkələri arasında münasibətlərin yeni mərhələyə daxil olmasına töhfə verə bilər”.
Sərhədlərin delimitasiyası və demarkasiyası mübahisəli məsələlərin həllinə yönələn, dolayısı ilə münasibətlərin normallaşması üçün həyata keçirilən ən vacib addımlardan biridir. Qazaxıstanla Özbəkistan arasında da sözügedən problemin həllində Türk Dövlətləri Təşkilatının göstərdiyi səylər və üzv ölkələrin qarşılıqlı əlaqələrinin inkişafı xüsusi rol oynayıb.
Qeyd edək ki, Şavkat Mirziyoyev region ölkələri arasında sərhədlərin müəyyənləşdirilməsi məsələsini özünün prioritet siyasəti elan edib. Bu baxımdan Özbəkistanın Qazaxıstanla saziş imzalaması, ondan əvvəl isə Qırğızıstanla analoji razılaşmanın əldə edilməsi prosesin uğurlu şəkildə getdiyini göstərir.
#Şavkat Mirziyoyev teqi istifadə olunub
- Özbəkistan əlifbasında dəyişiklik | Saida Mirziyoyevadan açıqlama - Baku TV
- Özbəkistan Prezidenti SOCAR və BP rəsmiləri ilə görüşdü - Baku TV
- Mirziyoyev hansı məqamlara toxunub? | Bakı-Daşkənd əməkdaşlığı - Baku TV
- İlham Əliyev Özbəkistan Prezidentini qəbul edib - Baku TV
- Prezident Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib
