Türkiyə Ermənistanla sərhədi hansı halda açacaq? | “Onların sülhə maraqlı olmasının səbəbi...”
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın Ermənistanla münasibətlərin normallaşması prosesinə hazır olduğunu açıqlayıb.
O bu barədə Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komitəsində 2026-cı il büdcə müzakirələri zamanı deputatların suallarını cavablandırarkən danışıb.
Nazirin sözlərinə görə, Türkiyənin bu mövzuda mövqeyi dəfələrlə bəyan olunub.
“Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi imzalandığı halda biz Ermənistanla normallaşmaya hazırıq”, ‒ H.Fidan vurğulayıb.
O qeyd edib ki, Ermənistanın bölgədə sülhə maraqlı olmasının əsas səbəblərindən biri Ankara ilə münasibətlərin normallaşmasına dair Türkiyədən iradə görməsidir. Sərhədlərin açılması və iqtisadi canlanma İrəvan üçün prioritetlər arasındadır.
Hakan Fidan həmçinin regionda “dondurulmuş münaqişə” istəmədiklərini bildirib. Onun sözlərinə görə, iki ölkə münasibətləri indi normallaşdırsa, bu, Ermənistanın Azərbaycanla sülh razılaşmasını imzalaması üçün ən vacib motivasiyanı aradan qaldırmış olacaq.
H.Fidanın sözlərinə görə, Azərbaycan yekun sənədi imzaladıqdan sonra Türkiyə Ermənistanla sərhədi açmağa hazırdır.
#Hakan Fidan teqi istifadə olunub
- Azərbaycan-Türkiyə münasibətləri müzakirə olundu - Baku TV
- Hakan Fidan Prezident İlham Əliyevin qəbulunda | Detallar açıqlandı - Baku TV
- Hakan Fidan İranla bağlı nələr dedi? | Münaqişə nə vaxt bitəcək? - Baku TV CANLI
- Türkiyə ABŞ və İran arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb - Baku TV
- Zelenskinin təyyarəsinə ardıcıl hücumlar edilib? | Avtobusa minənlərin diqqətinə - YENİ BİR SƏHƏR
