Türkiyə Parlamentində keçirilən səsvermədə təklif qəbul edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Böyük Millət Məclisi qardaş ölkə ordusunun Azərbaycanda qalma müddətini daha 1 il uzadıb.
Müzakirələrin sonunda keçirilən səsvermədə təklif qəbul edilib. Sənəddə Azərbaycan, Ermənistan və Rusiyanın imzaladığı üçtərəfli bəyannamədə nəzərdə tutulan fəaliyyətlərin davam etdiyi vurğulanıb.
Bildirilib ki, Azərbaycana güclü dəstək verən Türkiyə bundan sonra da regionda sülhün və sabitliyin qorunub saxlanılması və möhkəmləndirilməsinə mühüm töhfələr verəcək.
Layihəyə əsasən, Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti 2023-cü il noyabrın 17-dən etibarən 1 il uzadılır. Qanun layihəsini parlamentə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan göndərib.
Layihədə Azərbaycan Ordusunun sentyabrın 19-20-də Qarabağ bölgəsində keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazidəki qeyri-qanuni rejimin tamamilə ləğv olunduğu, amma Azərbaycanla Ermənistan arasında hələ yekun sülh sazişinin imzalanmadığı qeyd olunub.
Qeyd edək ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi ölkənin Silahlı Qüvvələrinə qoşunlarını 1 il müddətinə Azərbaycana göndərmək səlahiyyəti verib. 2021 və 2022-ci illərin noyabrında Türkiyə Ordusunun Azərbaycandakı fəaliyyət müddəti 1 il uzadılıb.
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
