Türkiyə Xarici İşlər Nazirliyindən Laçın yolu ilə bağlı bəyanat
Yeniliklərdən dərhal xəbərdar olun
“Türkiyə Laçın yolu ilə bağlı uzun müddətdir davam edən müzakirələri yaxından izləyir və Azərbaycanın bu məsələ ilə əlaqədar haqlı narahatlığını anlayır”.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. “Təəssüf ki, Azərbaycanın uzun müddətdir yüksək səslə səsləndirdiyi bu narahatlıqlar nəzərə alınmadı və nəticədə Azərbaycan öz suveren hüquqları çərçivəsində məqsədəuyğun hesab etdiyi tədbirləri həyata keçirdi”, – deyə bəyanatda vurğulanıb.
Həmçinin qeyd olunub ki, Türkiyə Laçın yolu ilə bağlı Azərbaycana qarşı tənqidlərin əsassız olduğunu hesab edir.
“Hazırda Laçın yolundan tibbi, eləcə də məhsulların daşınması üçün Azərbaycan tərəfindən əlverişli olan digər marşrutların keçidinin təmin edilməsi bu ölkənin maksimum səy göstərdiyini sübut edir. Bizim Ermənistandan gözləntimiz təxribat xarakterli addımlardan çəkinmək, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımaq, Qarabağda erməni əhalisinin ehtiyaclarını ödəmək üçün “Ağdam-Xankəndi” və digər alternativ yollardan istifadəni dəstəkləmək, eləcə də erməni əhalisinin Azərbaycana reinteqrasiya prosesinə dəstək verməsidir”, – deyə Türkiyə XİN-in bəyanatında bildirilib.
Həmçinin əlavə olunub ki, Türkiyə regionda sülh və sabitliyin təmin edilməsi üçün dost və qardaş Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və humanitar səylərinin dəstəklənməsinin vacib olduğunu hesab edir və vəziyyəti gərginləşdirən hərəkətlərə yol verməməyə çağırır.
#Türkiyə Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Azərbaycan-Türkiyə münasibətləri müzakirə olundu - Baku TV
- Hakan Fidan Prezident İlham Əliyevin qəbulunda | Detallar açıqlandı - Baku TV
- Hakan Fidan İranla bağlı nələr dedi? | Münaqişə nə vaxt bitəcək? - Baku TV CANLI
- Türkiyə ABŞ və İran arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb - Baku TV
- Türkiyə XİN husilərin Məkkəyə PUA hücumunu qətiyyətlə pislədi - Baku TV
