UNESCO-dan Qərbi azərbaycanlılara müsbət cavab
Yeniliklərdən dərhal xəbərdar olun
Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Qərbi Azərbaycan İcmasının müraciətinə rəsmi cavab verib.
Qeyd olunub ki, İcma martın 27-də UNESCO-ya müraciət edərək, indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin kütləvi dağıdılması faktlarına diqqəti çəkib. Bu sahədə vəziyyətin qiymətləndirilməsi üçün Ermənistana faktaraşdırıcı missiyanın göndərilməsini xahiş edib.
İcma bu mövzuya beynəlxalq diqqəti cəlb etmək və UNESCO-nun bu məsələ ilə məşğul olmağa başlamasını təmin etmək üçün müvafiq xarici dövlətlər, beynəlxalq və regional təşkilatlarla davamlı təmaslar aparıb.
Bu kontekstdə, UNESCO İcmanın müraciətinə, nəhayət ki, rəsmi cavab verib. Təşkilatın rəhbər şəxsinin imzaladığı məktubda indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin vəziyyəti barədə İcmanın qaldırdığı məsələnin UNESCO-nun mandatına birbaşa aid olduğu vurğulanıb və bu sahədə müvafiq mexanizmlərdən istifadə etməklə məsələ ilə yaxından məşğul olduğu bildirilib.
UNESCO-nun İcmaya göndərdiyi bu məktub indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsi məsələsinin beynəlxalq gündəliyə gətirilməsi, bu sahədə praktik addımların atılması və beynəlxalq aləmdə İcmanın mötəbər tərəf-müqabil kimi tanınması, o cümlədən UNESCO ilə İcma arasında predmetli dialoq yolunda mühüm inkişafdır.
İcmadan bildirilib ki, indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin dağıdılmasının dayandırılması və dağıdılmış olanların bərpası üçün beynəlxalq hüquq normaları və mexanizmləri çərçivəsində UNESCO ilə dialoq və qarşılıqlı fəaliyyət davam etdiriləcək.
#UNESCO teqi istifadə olunub
- Asuka və Fucivara UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib
- 14 ildən sonra UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib
- “Beynəlxalq təşkilatlarda irəli sürülən namizədliyin hər biri uğurla nəticələnib” | Ceyhun Bayramov
- UNESCO 15 dekabrı Dünya Türk Dili Ailəsi Günü elan edib
- ABŞ daha bir beynəlxalq təşkilatdan çıxdı | Trampdan sensasiyalı addım
