Urud kəndinin adı əsrlər ərzində necə dəyişdirildi? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
Yeniliklərdən dərhal xəbərdar olun
Kənd tarixən azərbaycanlıların əcdadlarının yaşadığı və qərb hissəsinin bolşeviklər tərəfindən Ermənistana verildiyi Zəngəzurda yerləşir.
Adları:
Çar dövründə – Urut, Rut
sovet dövründə – Urut, Vorotan
Kənd bir neçə əsr ərzində Urud adını daşıyıb. 1968-ci ilin iyulunda Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı dəyişdirilərək Vorotan, 2017-ci ilin iyununda isə Vorotnavan qoyulub.
Kənd 1995-ci ildən Ermənistan Respublikasının Sünik vilayətinin tərkibindədir. Kənd haqqında qeydlərə XVI əsr Osmanlı mənbələrində rast gəlinir.
XVIII əsrin ortalarından Rusiya işğalına qədər kəndin ərazisi Qarabağ xanlığının tərkibində olub.
XIX əsrin əvvəllərində Qarabağ xanlığı Rusiya imperiyasının hakimiyyəti altına keçib. Çar Rusiyası dövründə kənd Yelizavetpol quberniyasının Zəngəzur qəzasının tərkibində olub.
Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1914-cü ilə qədər müxtəlif vaxtlarda kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.
«Qərbi Azərbaycanın yaddaş yerləri» – nadir elmi-tədqiqat işidir. Müasir Ermənistan ərazisində aparılan sahə tədqiqatları zamanı ilk dəfə olaraq, müasir azərbaycanlıların əcdadlarının vaxtilə məskunlaşdığı 600-ə yaxın kənd haqqında məlumat toplanmış və sistemləşdirilmişdir. Onların bəzilərində türk mədəni-tarixi irsinin fraqmentləri – qəbiristanlıqlar, pirlər, məscidlər qalmışdır.
#Urud kəndi teqi istifadə olunub
- Vətənsiz qalan insanın üzü heç vaxt gülməz | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
- Urud camaatı Qarabağda məskunlaşmaq istəyirdi, imkan vermədilər | Qərbi Azərbaycan Xronikası
- "Urud Qafqazın ən qədim məskənlərindəndir" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
- "Ermənilər təbiət insanı deyillər, onlar təbiətin düşmənidirlər" - Qərbi Azərbaycan Xronikası
