Vətənsiz qalan insanın üzü heç vaxt gülməz | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Verilişin budəfəki qonağı Əməkdar jurnalist, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, yazıçı-publisist Flora Xəlilzadə olub.
O, doğulub boya-başa çatdığı Qərbi Azərbaycanın Zəngəzur bölgəsindən, Qarakilsə rayonunun Urud kəndindən söhbət açıb.
Bildirib ki, Urud Cənubi Qafqazın ən qədim yaşayış məskənlərindən biridir. Əməkdar jurnalistin sözlərinə görə, bu kənddə min ildən çox yaşı olan Alban-Türk qəbiristanlığı, Babək qalası, Bazarçay üzərindəki qədim körpü və digər maddi-mədəniyyət abidələri bu yurdun tarixən türklərə məxsusluğunu, burada məskunlaşan əhalinin bizim əcdadlarımız olduğunu ortaya qoyur.
Ermənilərin azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasətindən danışan F.Xəlilzadə qeyd edib ki, ötən əsrin əvvəlində ermənilər onun hər iki babasını, dörd dayısını amansızlıqla qətlə yetiriblər.
Bildirib ki, sovetlər dövründə də Qərbi Azərbaycanda ermənilərin azərbaycanlılara qarşı ayrı-seçkiliyini hər zaman hiss edib və görüb. O, bununla bağlı şahidi olduğu hadisələri, böyüklərdən eşitdiyi həqiqətləri dilə gətirib. Əməkdar jurnalist ötən əsrdə ailə üzvlərinin deportasiyaya məruz qaldığını söyləyib.
Bildirib ki, ermənilər insanları zorla öz evlərindən çıxarıb, qadın və uşaqları sürüyərək qarın içinə atıblar. O, soydaşlarımızın bir çoxunun yollarda qar və şaxtadan, bir qisminin isə yurd həsrətindən dünyasını dəyişdiyini deyib.
Bildirib ki, Vətənsiz qalan insanın üzü heç zaman gülməz. Qərbi Azərbaycan İcmasının həyata keçirdiyi işlərdən danışan Əməkdar jurnalist F.Xəlilzadə vurğulayıb ki, ən böyük arzusu ata-baba yurduna qayıtmaqdır.
#Qərbi Azərbaycan İcması teqi istifadə olunub
- Basarkeçər əsilli tələbələr üçün xüsusi tədbir təşkil olundu - Baku TV
- Festivalda qədim adət-ənənələr nümayiş olunub - Baku TV
- Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi | Beynəlxalq elmi konfrans - Baku TV
- Tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması QAİ-nın əsas hədəfidir - Baku TV
- BDU və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə I Beynəlxalq elmi konfrans - Baku TV CANLI
