Pleyeri seçin:

BMT-nin Baş katibi COP29-da çağırış etdi | Bu mövqeyinizi yumşaltmalısınız, yoxsa...

21 noyabr 2024 477 baxış

“Paris İqlim Razılaşmasına əsaslanan beynəlxalq əməkdaşlıq iqlim dəyişikliyinin qarşısını almağa yönələn tədbirlərin müəyyənləşdirilməsi üçün son dərəcə vacibdir”.

Bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.

O qeyd edib ki, ölkələr hazırda COP29-un yekun sənədinin razılaşdırılması işində zamanla yarışır:

“Belə olan halda hər bir ölkənin hökumətinə xalqı ekoloji cəhətdən təmiz elektrik enerjisi ilə təmin etmək imkanları verilməli və dövlətlər bu növ enerjinin üstünlüyündən yararlanmalıdır.

Bu amil eyni zamanda zərərli tullantıların atmosferə atılmasını əhəmiyyətli dərəcədə azaltmaqla ölkələri iqlim böhranından qorunmasına şərait yaradacaq və xalqlar arasında etimadı möhkəmləndirəcək. Sizin hər biriniz tutduğunuz sərt mövqeni yumşaltmalısınız. Çünki bəşəriyyət üçün etibarlı və layiqli həyat səviyyəsinin təminatı məhz bundan keçir”.

A.Quterreş əlavə edib ki, razılaşdırılması tələb olunan vəsait təkcə maliyyə vasitəsi deyil, həm də gələcəyin təbii fəlakət və dağıntılardan qorunmasına imkan verəcək investisiyadır:

“Biz bunu həmçinin ayrı-ayrı ölkələrin çiçəklənən gələcəyə yatırılan sərmayə kimi başa düşürük. Ötən həftə çoxtərəfli inkişaf bankları aşağı və ortasəviyyəli gəliri olan ölkələrə ayrılacaq iqlim maliyyəsinin məbləğinin artırılması barədə qərar qəbul etdi. Yeni qərarla bu rəqəm 2030-cu ilədək 120 milyard dollara çatdırılacaq.

Bundan əlavə, daha 65 milyard dollar özəl sektorun hesabına cəlb olunacaq. Bu Pakt vacib maliyyələşmə alətlərinə etibarlı çıxışın əldə edilməsi, eləcə də borclanma üzrə effektiv tədbirlərin görülməsinin qaydalarını müəyyən edir. Eyni zamanda həmin sənəd çoxtərəfli inkişaf banklarının imkanlarını genişləndirməklə bərabər, onların kreditləşmə imkanlarını artıraraq daha da inkişafına səbəb olacaq”.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 477 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 477 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 477 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 477 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 477 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 477 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 477 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 477 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 477 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 477 baxış
Seçilmişlər
icon