Vardanyanla bağlı sual Zaxarovanı özündən çıxardı | Belə sualı gedin...
Yeniliklərdən dərhal xəbərdar olun
“Rəsmi Moskvanı Qarabağdakı keçmiş qondarma qurumun “dövlət naziri” Ruben Vardanyanın taleyi maraqlandırmır”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə erməni jurnalistin Vardanyan mövzusunun Bakı ilə Moskva arasında təmaslarda qaldırılıb-qaldırılmaması ilə bağlı sualına cavabında bildirib.
“Sizin suala sualla cavab vermək istərdim. Bəlkə siz bilirsiniz, mən görməmişəm, Ruben Vardanyanın Azərbaycan həbsxanasında olması məsələsi Bakı-İrəvan təmaslarında qaldırılırmı? Əgər siz mənə bu informasiyanı təqdim etsəniz, mənə elə gəlir ki, bu haqda bilmək maraqlı və faydalı olar. Bir daha xatırladıram ki, Ruben Vardanyan Rusiya vətəndaşlığından çıxıb. O bunu açıq edib, bu, heç kəsə sirr, gizli məlumat deyil. Ona görə də bu cür sualı Bakı və İrəvana ünvanlamaq lazımdır”.
Mariya Zaxarova əlavə edib ki, Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərinin normallaşmasının tərəfdarıdır.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
