Vaşinqton: Etnik təmizləmə və soyqırımı kimi iddialar sübutlara söykənməlidir
Yeniliklərdən dərhal xəbərdar olun
“Biz regiondakı vəziyyəti öyrənmək üçün təmasdayıq. Əgər hər hansı vəhşilik törədilərsə və bununla bağlı sübutlar olarsa, ona uyğun addımlar atmaqdan və bunu törədənlərin məsuliyyətə cəlbindən çəkinməyəcəyik”.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller oktyabrın 2-də keçirdiyi brifinq zamanı Qarabağda baş verənlərlə bağlı çıxışında deyib.
O bildirib ki, etnik təmizləmə və ya soyqırımı kimi iddilar faktlara əsaslanır və bu olmadan danışmaq doğru deyil.
“Biz gedənlərin neçə faizinin daimi olaraq Ermənistanda qalacağını bilmirik. Onların neçə faizi şərtlər imkan verəcəyi təqdirdə geri qayıtmaq istəyəcək? Biz bir daha müstəqil beynəlxalq missiyanın cəlbi ilə bağlı çağırışımızı təkrar edirik. Bu missiya Qarabağdakı ermənilərin haqlarının və təhlükəsizliyinin təmin olunmasına nəzarət edir. Azərbaycan tərəfi onların haqların və təhlükəsizliyinin təmin olacağını bildirib və biz bunu müşahidə etmək üçün missiyanın da orada olmasını istəyirik”, – deyə M.Miller bildirib.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
