Pleyeri seçin:

Xaçatryan Qarabağdan danışdı | Əlimizdən gələni edəcəyik

21 dekabr 2023 283 baxış

“Ermənistan hakimiyyəti Qarabağ məsələsinə hələ dəfələrlə toxunacaq”.

Bunu dekabrın 20-də jurnalistlərlə söhbətində hakim “Mülki müqavilə” partiyasından olan deputat, parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçatryan deyib.

Bildirib ki, Qarabağ məsələsi bu gün də hökumətin bütün iclaslarında müzakirə olunur. İki ölkə arasında imzalanması gözlənilən sülh müqaviləsi məsələsinə toxunan Xaçatryan əlavə edib ki, hazırda texniki məsələlərin, xəritələrin, topoqrafik məlumatların təhlili üzərində iş gedir.

Son zamanlar Ermənistanda tüğyan edən anti-Rusiya mövqeyinə də münasibət bildirən deputat vurğulayıb ki, bu tipli açıqlamaların hökm sürməsinə baxmayaraq, bütün sahələrdə Ermənistan-Rusiya münasibətlərinin səviyyəsinin yüksəldilməsi üzərində çalışılır.

O əlavə edib ki, Ermənistanla Rusiyanı bir birinə bağlayan iqtisadi və digər əlaqələr var.

“Biz əlaqələri qoruyub, saxlamaq üçün əlimizdən gələni edəcəyik. Lakin, rəsmi Moskva bilməlidir ki, Ermənistanla bağlı üzərinə götürdüyü müqavilə öhdəlikləri yerinə yetirilməlidir”, – deyə Armen Xaçatryan fikrini tamamlayıb.

Bundan başqa, deputat ölkənin silahlanması ilə bağlı suala da cavab verib.

“Son bir ildə beynəlxalq aləmin Ermənistana münasibəti dəyişib. Qərb dövlətləri heç vaxt düşünə bilməzdilər ki, nə vaxtsa MDB-nin, KTMT-nin bir hissəsi olan Ermənistana silah verəcəklər, hətta satacaqlar.

Amma bizim bu imkanlarımız var, onları əldə edirik. Yəni hər şey edilir ki, Ermənistanla Azərbaycanın üstünlüyü, hərbi üstünlüyü balanslaşdırılsın”, – deyə Armen Xaçatryan jurnalistlərlə söhbətini yekunlaşdırıb.

Azərbaycan metallurgiyada öz gücünə hansı yeni istiqaməti yaradacaq? - Baku TV

Azərbaycan metallurgiyada öz gücünə hansı yeni istiqaməti yaradacaq? - Baku TV

Siyasət
22 sentyabr 2026 283 baxış
İran aviaşirkətlərinin Azərbaycana reysləri hansı səbəbdən dayandırıldı? - Baku TV CANLI

İran aviaşirkətlərinin Azərbaycana reysləri hansı səbəbdən dayandırıldı? - Baku TV CANLI

Siyasət
22 sentyabr 2026 283 baxış
Yeni sənaye parkı qərb bölgəsinə hansı iqtisadi imkanları gətirəcək? - Baku TV

Yeni sənaye parkı qərb bölgəsinə hansı iqtisadi imkanları gətirəcək? - Baku TV

Siyasət
22 sentyabr 2026 283 baxış
Prezident mühüm göstəricini açıqladı | Yeni proqramlar artımı davamlı edə bilər - Baku TV

Prezident mühüm göstəricini açıqladı | Yeni proqramlar artımı davamlı edə bilər - Baku TV

Siyasət
22 sentyabr 2026 283 baxış
Naxçıvanda başlanacaq işlər bölgənin iqtisadi mənzərəsini dəyişə bilər - Baku TV

Naxçıvanda başlanacaq işlər bölgənin iqtisadi mənzərəsini dəyişə bilər - Baku TV

Siyasət
22 sentyabr 2026 283 baxış
İlham Əliyev dağ-mədən sənayesinin qarşısındakı əsas maneələrdən danışdı - Baku TV

İlham Əliyev dağ-mədən sənayesinin qarşısındakı əsas maneələrdən danışdı - Baku TV

Siyasət
22 sentyabr 2026 283 baxış
Minilliklərin izi tapıldı: Şahbulaq barədə iddiaları dağıdan tapıntılar - GÖR NƏLƏRİ QAYTARMIŞIQ!

Minilliklərin izi tapıldı: Şahbulaq barədə iddiaları dağıdan tapıntılar - GÖR NƏLƏRİ QAYTARMIŞIQ!

Siyasət
22 sentyabr 2026 283 baxış
“Tramp yolu” Ermənistan-Rusiya münasibətlərində yeni ziddiyyətləri yaradır? - AKTUAL GÜNDƏM

“Tramp yolu” Ermənistan-Rusiya münasibətlərində yeni ziddiyyətləri yaradır? - AKTUAL GÜNDƏM

Siyasət
22 sentyabr 2026 283 baxış
Ermənilər üçün işğalın “ən qiymətli” yadigarı | "Həm ağacları məhv edirdilər, həm də..." - Baku TV

Ermənilər üçün işğalın “ən qiymətli” yadigarı | "Həm ağacları məhv edirdilər, həm də..." - Baku TV

Siyasət
22 sentyabr 2026 283 baxış
Üç qardaş ölkə birgə hərbi təlimlər keçirəcək

Üç qardaş ölkə birgə hərbi təlimlər keçirəcək

Siyasət
22 sentyabr 2026 283 baxış
Seçilmişlər
icon