Xankəndidə tarixi Zirvə | Şəhər 30 ildən sonra ilk dəfə dünya liderlərini qəbul edir
Yeniliklərdən dərhal xəbərdar olun
Xankəndi beynəlxalq sammitə hazırlaşır. Şəhərdə genişmiqyaslı abadlıq və təmizlik işləri aparılır. Küçələr yenidən rənglənir, işıqlandırma sistemləri bərpa olunur, təhlükəsizlik tədbirləri gücləndirilib. 30 ildən sonra ilk dəfə bu şəhər dünyanın diqqət mərkəzinə çevrilir.
Azərbaycanın diplomatik gündəminin mərkəzində duran Xankəndi indi təkcə siyasi deyil, həm də beynəlxalq iqtisadi dialoqun ev sahibidir. 4 iyul tarixində Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçiriləcək.
Azərbaycan bu tədbirlə bir daha göstərir ki, işğaldan azad edilmiş torpaqlarda sülh, bərpa və inkişaf prosesləri artıq yeni mərhələyə qədəm qoyub.
Sammitdə 13 dövlətin ali rəhbərliyi iştirak edəcək. Türkiyə və İran prezidentləri, Pakistanın Baş naziri, Özbəkistan və Qırğızıstanın dövlət başçıları və digər strateji tərəfdaşlar Xankəndidə bir araya gələcək.
Bu, yalnız iqtisadi platforma deyil, həm də siyasi və geosiyasi mesajdır.
Eyni zamanda İranla münasibətlərdə yeni mərhələ başlayıb. Şərq və Qərb arasında balanslı diplomatiya aparan rəsmi Bakı regionun söz sahibinə çevrilib.
Azərbaycanın fəal üzv olduğu İƏT ölkələri ilə əməkdaşlıq həm iqtisadi, həm də strateji baxımdan dərinləşir. Xankəndidə keçiriləcək Zirvə görüşü bu əlaqələrin daha da dərinləşlənməsinə xidmət edəcək.
#Xankəndi teqi istifadə olunub
- Xankədidə hüquq mövzusundamühüm görüş | Fikir mübadiləsi aparıldı - Baku TV
- Müxtəlif ölkələrdən gələn idmançılar Xankəndidə finişə çatıblar - Baku TV
- Baia Mare şəhəri ilə Xankəndi arasında əlaqələr yeni mərhələyə qədəm qoyur - Baku TV CANLI
- Baia Mare və Xankəndi şəhərləri qardaşlaşma haqqında niyyət protokolu imzalayıb - Baku TV
- 58 ölkə və 9 beynəlxalq təşkilatın nümayəndələri azad edilmiş ərazilərdə
