Xarici İşlər Nazirliyi bəyanat yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 10-da Ermənistan Baş naziri Nikol Paşinyanın 6-cı Paris Sülh Konfransının panel müzakirələrində növbəti dəfə səsləndirdiyi əsassız iddialar Ermənistanın siyasi manipulyasiyalardan əl çəkmədiyini nümayiş etdirir.
Bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
Bəyanatda deyilir: “Ermənistanın baş nazirinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin guya "etnik təmizlənmə"yə məruz qaldığı ilə bağlı iddialarını qətiyyətlə pisləyir və rədd edirik. 30 ilə yaxın təcavüzkar siyasəti ərzində bir milyona qədər azərbaycanlının fundamental hüquqlarını pozan, uşaq, qadın və qocaya heç bir fərq qoymadan azərbaycanlılara qarşı misli görünməmiş soyqırımı və kütləvi qırğınlar törətmiş Ermənistanın Azərbaycanı "etnik təmizləmə"də ittiham etməyə heç bir mənəvi haqqı yoxdur.
Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin şəxsi qərarları əsasında Ermənistana köçməsinin məcburi yerdəyişmə ilə heç bir əlaqəsi olmadığı Baş nazir Paşinyana yaxşı məlumdur. Bu cür əsassız ittihamların regiona səfər edən, eləcə də Ermənistanda aktiv fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları ilə də açıq şəkildə ziddiyyət təşkil etdiyini Baş nazirə bir daha xatırladırıq.
Müxtəlif beynəlxalq platformalardan istifadə etməklə ölkəmizə qarşı aqressiv böhtan xarakterli ritorikanı davam etdirən Ermənistan tərəfinə sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə və Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün yaranmış tarixi imkanlardan istifadə etməyə çağırırıq”.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
