Xəzər dənizi təhlükə altında | Ayxan Hacızadə Ermənistanla bağlı xəbərdarlıq etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistanın transsərhəd çaylara zərərli maddələr axıtması Xəzərin çirklənməsinə səbəb olur”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə jurnalistlərə açıqlamasında deyib.
O xatırladıb ki, Ermənistan münaqişə dövründə Azərbaycanla transsərhəd çaylarını genişmiqyaslı şəkildə çirkləndirib:
“Ermənistanın çirkləndirdiyi çaylara Oxçuçayı misal göstərmək olar. Onlar tullantıları, zərərli maddələri bu sulara axıtmaqdadır. Bu istiqamətdə Azərbaycan tərəfindən arbitraj prosesi başlanılıb və Ermənistanın məsuliyyətə cəlb edilməsi üçün müvafiq işlər həyata keçirilməkdədir”.
A.Hacızadə bildirib ki, Azərbaycan və Ermənistandan olan mütəxəssislərin iştirakı ilə transsərhəd çaylarla bağlı əməkdaşlıq barədə məlumat yoxdur:
“Şübhəsiz ki, son 30 il ərzində beynəlxalq təşkilatlar, o cümlədən ATƏT bu məsələ ilə bağlı müəyyən səy göstərib. Ancaq Azərbaycanın əsas iddiası ondan ibarətdir ki, bu çaylar çirklənməməlidir. Çünki bu çaylardan axan sular sonda Xəzər dənizinə tökülür və onun, xüsusilə ərazi sularının çirklənməsinə səbəb olur”.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
