XİN-dən Ermənistan təxribatlarına cavab
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Xarici İşlər Nazirliyinin hərbi təxribatlara görə məsuliyyəti riyakarcasına Azərbaycanın üzərinə atması və ölkəmizin suverenliyi və ərazi bütövlüyünə zidd olaraq, suveren ərazimiz olan Qarabağ bölgəsinə beynəlxalq missiya göndərilməsini təşviq etməsi və daxili işlərimizə qarışması, bu ölkənin beynəlxalq öhdəliklərinə heç bir önəm vermədiyini bir daha nümayiş etdirir.
Bu barədə Azərbaycan XİN-in Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan əleyhinə 13 iyun tarixli bəyanatına dair şərhində bildirilib.
"Həm işğal dövründə, həm də münaqişənin həllindən sonra sülhün bərqərar olunması istiqamətində danışıqlar prosesinə maneçilik törətmək məqsədilə Ermənistanın mütəmadi əsasda Azərbaycana qarşı hərbi-siyasi təxribatlar törətdiyi hər kəsə məlumdur. Məhz bu təxribatçı addımlar nəticəsində 30 ilə yaxın müddətdə Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin işğalına son qoyulması istiqamətində diplomatik səylər uğursuzluğa düçar olub.
Hazırda Ermənistan tərəfinin postmünaqişə dövründə ərazilərimizdən erməni silahlı qüvvələrini tam olaraq çıxarmayaraq öhdəliyini icra etməməsi Azərbaycanın təhlükəsizliyi üçün əsas təhdid mənbəyidir. Bununla yanaşı, beynəlxalq səviyyədə təsdiq olunmuş bütün danılmaz faktlara baxmayaraq, işğal dövründə olduğu kimi, indi də Azərbaycan ərazisində mövcud olan qüvvələrin Ermənistana məxsusluğunun danılması, Ermənistanın faktları necə saxtalaşdırdığının göstəricisidir. Sərhədyanı bölgədə törədilən təxribatlarla yanaşı, ərazimizdə mövcud olan bu birləşmələr Azərbaycanın yenidənqurma işlərinə və məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz geri qayıdışına maneədir və bütün erməni silahlı birləşmələr Azərbaycan ərazisindən dərhal çıxarılmalıdır.
Sülh yaradılması səylərinə maneçilik törədilməsi, saxta və yalançı bəyanatlar verilməsi əvəzinə, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsi daxil ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə əməldə riayət etməsi tələb olunur", – deyə qeyd olunub.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
