XİN-dən fransalı nazirə cavab
“Fransanın Avropa və xarici işlər naziri Katrin Kalonanın bölgədə sülh və sabitliyə xidmət etməyən, birtərəfli ermənipərəst mövqe sərgiləyən açıqlamaları qəbuledilməzdir”.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransalı nazirin səfirlər konfransında çıxışı zamanı səsləndirdiyi fikirlərə cavabında bildirib.
"Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarının işğalına, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə, soyqırımı və kütləvi qırğınların həyata keçirilməsinə, 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsinə və hüquqlarının tapdanılmasına, Azərbaycanın şəhər və kəndlərinin viran qoyulması və talan edilməsinə, Azərbaycana məxsus mədəniyyətin və tarixi abidələrin dağıdılmasına, 2020-ci il müharibəsindən sonra isə Ermənistanın həyata keçirdiyi hərbi-siyasi təxribatlara son qoymaması, Azərbaycan ərazilərindən Silahlı Qüvvələrinin hələ də tam çıxarılmaması kimi faktlara göz yumulması qanunsuz və qeyri-əxlaqi yanaşmanın nümunələridir", – deyə XİN rəsmisi bildirib.
Ayxan Hacızadənin sözlərinə görə, Azərbaycan milli qanunvericiliyi çərçivəsində Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ölkəmizin siyasi, sosial və iqtisadi sferalarına reinteqrasiyası istiqamətində səy göstərir və bu səylərə qarşı maneçilik törədilməsi, guya erməni sakinlərin bölgədən qovulması istiqamətində siyasət həyata keçirildiyi barədə iddialar səsləndirilməsi tamamilə yanlışdır.
"Bir daha, Fransa tərəfini bu kimi təhrikçi və təxribatçı fikirlərə son qoymağa çağırırıq", – A.Hacızadə vurğulayıb.
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV
- Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR
- Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsindən danışdı - Baku TV
- Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV
