Pleyeri seçin:
XİN-dən İsrail hadisələri ilə bağlı açıqlama: azərbaycanlılardan yaralanan olub?
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“İsraildəki hadisələr zamanı ölən və yaralanan şəxslər arasında azərbaycanlı yoxdur”.
Bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə deyib.
O, nazirliyin Azərbaycanın İsraildəki səfirliyi ilə mütəmadi təmasda olduğunu diqqətə çatdırıb. Diplomat həmçinin vurğulayıb ki, bir azdan Azərbaycan vətəndaşlarına dövlət qurumlarının verdiyi təlimatlara riayət etmək istiqamətində çağırış ediləcək.
Xatırladaq ki, oktyabrın 7-də İsrailin cənubunda, eləcə də Təl-Əviv ərazisində hava hücumu sirenləri səslənib. Qəzza zolağından atılan raketlər nəticəsində ölən və yaralananların olduğu bildirilib. İsrail Müdafiə Nazirliyi artıq “müharibə hazırlığı” vəziyyəti elan edib.
Kopyalandı
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
