XİN-dən "Laçın" məntəqəsinin atəşə tutulması ilə bağlı bəyanat
Yeniliklərdən dərhal xəbərdar olun
“İyunun 15-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması ilə nəticələnmiş Ermənistan Silahlı Qüvvələrinin Laçın dövlət sərhədindən buraxılış məntəqəsinə qarşı hərbi təxribatını qətiyyətlə pisləyirik”. Bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
Bildirilib ki, bu hərbi təxribat Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı təcavüz olmaqla yanaşı, Azərbaycan tərəfdən sərhəd buraxılış məntəqəsinin uğurlu fəaliyyətinə, erməni sakinlərin təhlükəsiz, sərbəst və maneəsiz keçidinə, habelə Laçın yolu ilə hərəkətinə maneçilik törətmək məqsədi daşıyır.
Buraxılış məntəqəsindən erməni sakinlərin heç bir çətinlik olmadan sərbəst hərəkətini həzm edə bilməyən Ermənistanın bu hərbi təxribatı Ermənistanın Azərbaycanla münasibətlər qurmaqda və sülh prosesində maraqlı olmadığının bariz nümunəsidir.
Bəyanatda vurğulanıb ki, Ermənistanın bu kimi hərbi təxribatlarının qarşısı qətiyyətlə alınacaq və qarşı tərəfin Azərbaycanın erməni sakinlərinin cəmiyyətimizə reinteqrasiyasına mane olmaq istiqamətində cəhdləri uğursuz olacaq.
XİN beynəlxalq ictimaiyyəti Ermənistan tərəfinin bu təxribatını qətiyyətlə pisləməyə və Ermənistanı bölgədə sülh və sabitliyə hədə olan təcavüzkar hərəkətlərindən çəkindirməyə çağırır.
#Laçın sərhəd-buraxılış məntəqəsi teqi istifadə olunub
- Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 2 il keçir
- DSX “Laçın” məntəqəsinin qurulması ilə bağlı tədbir keçirdi
- "Laçın" sərhəd-buraxılış məntəqəsinin birinci ildönümüdür
- Separatçıların daha bir üzvü Mnatsakanyan saxlanıldı
- Qarabağla bağlı sual qarşısında dili tutulan erməni: Özümü piss hiss edirəm
