XİN rəhbəri işğaldan azad edilmiş torpaqlardan danışdı | Hər ay insanların qayıdışını bayram edirik
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin sonunadək 20 mindən çox keçmiş məcburi köçkünün öz torpağına geri dönməsi gözlənilir.
Bunu Türkiyədə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov həmkarı Hakan Fidanla keçirilən birgə mətbuat konfransı zamanı bildirib.
Onun sözlərinə görə, Türkiyə Qarabağın yenidən qurulması və bərpası prosesində Azərbaycanla birgə hərəkət edir:
"30 illik işğaldan sonra azad edilmiş Qarabağ bölgəsinin yenidən qurulması və bərpası prosesində yenə də Türkiyənin Azərbaycanın yanında olması təqdirəlayiq haldır. Bu bölgədə Azərbaycan şirkətlərinə daha çox dəstək olan yenə Türkiyə şirkətləridir. Bu fəaliyyətin nəticəsidir qısa müddət ərzində tamamilə fərqli bir mənzərə görürük.
Hər ay yeni layihələrin başa çatması, insanların geri qayıdışını bayram edirik. Bu ilin sonunadək 20 mindən çox keçmiş məcburi köçkünün öz torpağına geri dönməsi gözlənilir. 2026-cı ilin sonunda isə 140 mindən artıq vətəndaşımız birinci köç mərhələsinin sonu olaraq Qarabağa geri qayıdacaq”.
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV
- Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR
- Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsindən danışdı - Baku TV
- Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV
