Pleyeri seçin:

Yaşar Əliyev: Bəzi dövlətlər Cənubi Qafqazı geosiyasi qarşıdurma obyektinə çevirmək istəyir

22 noyabr 2023 206 baxış

“Bəzi regionda olmayan dövlətlərin Cənubi Qafqazı geosiyasi rəqabət və qarşıdurma obyektinə çevirmək, o cümlədən Ermənistanı silahlandırmaq və onun nifrət təbliğatını təşviq cəhdləri sülhə, barışığa və hərtərəfli inkişafa xidmət etmir”.

Bunu Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının “Ümumi əməkdaşlıq yolu ilə sülhün qorunmasına yardım” mövzusunda açıq müzakirəsində deyib.

Səfir bildirib ki, 30 ildən çox işğal müddətində Ermənistanda həmin ölkənin silahlı qüvvələri tərəfindən törədilən ağır cinayətləri mühakimə etməkdən yayınan qüvvələr bu gün də 4 minə yaxın itkin düşən azərbaycanlının taleyinə biganə yanaşır, əvvəllər işğal olunmuş ərazilərə yerləşdirdikləri mina və digər partlayıcı qurğularla bağlı dəqiq məlumatları paylaşmaqdan yayınırlar.

Daimi nümayəndə silahlı münaqişə və onun dağıdıcı təsirlərinə baxmayaraq, Azərbaycanın regionda inkişafın və sülhün qorunması səylərini davam etdirərək reallaşdırdığı genişmiqyaslı layihələrdən danışıb.

“Azərbaycan davamlılığa, inklüziv inkişafa, sosial ədalətə və təmiz enerjiyə diqqət yetirməklə ölkə iqtisadiyyatının yenidən qurulması üçün transformasiya xarakterli dəyişikliklərin sadiq tərəfdarı olub. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun 200 milyarda yaxın qeyri-enerji sektorunun payına düşür.

Bundan əlavə, Azərbaycan nəqliyyat infrastrukturuna sərmayə yatırılmasına və regional tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsinə böyük töhfə verərək Avropa və Asiya arasında əsas nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib.

Üç il əvvəl müharibə başa çatdıqdan sonra Azərbaycan məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasını normal yaşayışını təmin etmək üçün işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, bərpası və yenidən qurulmasını, onların ölkə iqtisadiyyatına reinteqrasiyasını prioritet vəzifə kimi qoyub. Bu torpaqlara həyat tədricən qayıdır və köçkün ailələrin ilk qrupları artıq öz doğma yurdlarına qayıdıblar”, – deyə Y.Əliyev bildirib.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 206 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 206 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 206 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 206 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 206 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 206 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 206 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 206 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 206 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 206 baxış
Seçilmişlər
icon