Pleyeri seçin:

Zakir Həsənov qazaxıstanlı həmkarı Ruslan Jaksılıkovla görüşdü

07 iyun 2024 427 baxış

Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 7-də Azərbaycana rəsmi səfər edib.

Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, Qazaxıstan nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, Şəhidlər xiyabanında isə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Sonra Müdafiə Nazirliyində təşkil edilən təntənəli qarşılama mərasimində hər iki ölkənin müdafiə naziri fəxri qarovulun önündən keçib. Nümunəvi Hərbi Orkestrin ifasında Azərbaycan və Qazaxıstan respublikalarının Dövlət himnləri səsləndirilib. Protokola əsasən, general-polkovnik R.Jaksılıkov “Şərəf kitabı”nı imzalayıb.

General-polkovnik Z.Həsənov qazaxıstanlı həmkarını ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycanla Qazaxıstan arasında ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edən nazir, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini xüsusi vurğulayıb.

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən general-polkovnik R.Jaksılıkov səmimi qəbula görə azərbaycanlı həmkarına öz minnətdarlığını bildirib. Bu cür səfərlərin xüsusi əhəmiyyətə malik olduğunu və müdafiə sahəsində əməkdaşlığın hər iki ordunun daha da güclənməsinə xidmət etdiyini qeyd edən nazir, general-polkovnik Z.Həsənovu cari ilin iyul ayında Aktau şəhərində keçiriləcək “Birləşdik – 2024” əməliyyat-taktiki komanda-qərargah təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”nə dəvət edib.

Görüşdə hər iki ölkənin hərbi qulluqçularının peşəkarlıq səviyyələrinin daha da yüksəldilməsi məqsədilə birgə təlimlərin keçirilməsinin vacibliyi xüsusi qeyd olunub.

İlham Əliyev TDT ölkələrini mövcud təhdidlərə qarşı birliyə çağırdı - Baku TV CANLI

İlham Əliyev TDT ölkələrini mövcud təhdidlərə qarşı birliyə çağırdı - Baku TV CANLI

Siyasət
18 sentyabr 2026 427 baxış
İran məsələsi həll olunur? | Azərbaycanda 3600 illik nadir tapıntı - YENİ BİR SƏHƏR

İran məsələsi həll olunur? | Azərbaycanda 3600 illik nadir tapıntı - YENİ BİR SƏHƏR

Siyasət
18 sentyabr 2026 427 baxış
Azərbaycanda dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılıb - Baku TV

Azərbaycanda dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılıb - Baku TV

Siyasət
18 sentyabr 2026 427 baxış
"BMT Təhlükəsizlik Şurası bunu etmək istəmirdi" | Prezident İlham Əliyev - Baku TV

"BMT Təhlükəsizlik Şurası bunu etmək istəmirdi" | Prezident İlham Əliyev - Baku TV

Siyasət
17 sentyabr 2026 427 baxış
Türk dünyasının 35 illik müstəqillik salnaməsi - Baku TV

Türk dünyasının 35 illik müstəqillik salnaməsi - Baku TV

Siyasət
17 sentyabr 2026 427 baxış
"Bədxahlarımızda, deyərdim ki, yaradıcılıq çatışmır" | İlham Əliyev - Baku TV

"Bədxahlarımızda, deyərdim ki, yaradıcılıq çatışmır" | İlham Əliyev - Baku TV

Siyasət
17 sentyabr 2026 427 baxış
TDT-nin zirvə görüşləri niyə müntəzəm xarakter aldı? - Baku TV

TDT-nin zirvə görüşləri niyə müntəzəm xarakter aldı? - Baku TV

Siyasət
17 sentyabr 2026 427 baxış
Baia Mare şəhəri ilə Xankəndi arasında əlaqələr yeni mərhələyə qədəm qoyur - Baku TV CANLI

Baia Mare şəhəri ilə Xankəndi arasında əlaqələr yeni mərhələyə qədəm qoyur - Baku TV CANLI

Siyasət
17 sentyabr 2026 427 baxış
"TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq" | Prezident - Baku TV

"TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq" | Prezident - Baku TV

Siyasət
17 sentyabr 2026 427 baxış
Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - Baku TV

Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - Baku TV

Siyasət
17 sentyabr 2026 427 baxış
Seçilmişlər
icon