Zaxarova sülhün təminatını açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycana qarşılıqlı silahlara nəzarət mexanizmi, habelə hücum etməmək haqqında pakt imzalamağı təklif etməsinə münasibət bildirib.
Deyib ki, Cənubi Qafqazda sülhün ən yaxşı təminatı üçtərəfli razılaşmaların prinsiplərindən istifadə edilməsidir:
“Əminik ki, Cənubi Qafqazda sabitliyin və uzunmüddətli sülhün bərqərar olmasının ən yaxşı təminatı 2020-2022-ci illər arasında bağlanmış ən yüksək səviyyədə üçtərəfli razılaşmalar kompleksinin icrasının tezliklə bərpa olunmasıdır. Bu razılaşmalara Bakı və İrəvan arasında barışıq üçün alternativ olmayan yol xəritəsi, eləcə də ölkələr arasında sülh sazişinin hazırlanması daxildir”.
M.Zaxarova həmçinin son zamanlar aktivləşən Ermənistan-NATO əlaqələrinə də münasibət bildirib. Deyib ki, əgər rəsmi İrəvan Alyansa yaxınlaşmaq istəyirsə, bunun nə qədər təhlükəsiz olduğunu və hansı nəticələrə gətirib çıxaracağını başa düşməlidir.
Onun sözlərinə görə, belə qərarlar qəbul etməzdən əvvəl N.Paşinyan rəhbərliyi ölkənin özündəki vəziyyəti təhlil etməlidir.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
