Zaxarovadan Ermənistana sərt reaksiya | Bu görüş Rusiyaya qarşıdır
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan, Avropa İttifaqı və ABŞ arasında yüksəksəviyyəli görüş Rusiyada narahatlıq doğurur”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O, gözlənilən tədbirlə bağlı “Telegram” səhifəsində paylaşım edərək Qərbin Cənubi Qafqazla bağlı maraqlarını da açıqlayıb:
“ABŞ və Aİ nümayəndələri tərəfdaşlarımıza birbaşa deyirlər ki, onların əsas istiqaməti yalnız Rusiyaya qarşı olmaqdır. Bu cür görüşlər regionun əksər ölkələrində narahatlıq doğurur.
Çünki onların fəaliyyəti Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə deyil, dağıdıcı yanaşmaları ilə Cənubi Qafqaza daha da yerləşməyə, orada yeni ayırıcı xətləri yaratmağa, regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmlərini yerindən oynatmağa yönəlib. Rəsmi İrəvanın söhbətin nədən getdiyini anlamaması böyük sualdır.
Axı Ermənistanı bütün dünyanın gözü qarşısında kollektiv Qərbin fövqəl dərəcədə təhlükəli planlarının reallaşması üçün alətə çevirirlər, hansı ki, bu, erməni xalqının köklü maraqları ilə tamamilə ziddiyyət təşkil edir”.
Qeyd edək ki, aprelin 5-də Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen və ABŞ Dövlət katibi Entoni Blinken arasında görüş keçiriləcək. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sözlərinə görə, söhbət zamanı Ermənistanın inkişafına yardım edəcək üçtərəfli əməkdaşlıq yolları müzakirə ediləcək.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
