Zaxarovadan rəsmi İrəvana sərt cavab | Ermənistan bunu özünün imperativi edib…
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Zəngəzur dəhlizinə reaksiyası anlaşılmazdır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yanvarın 16-da keçirdiyi brifinqdə bildirib.
“Rossiya” telekanalının “Vesti nedeli” proqramında yayımlanan süjetdə “Zəngəzur dəhlizi” terminindən istifadə edilməsinə görə Ermənistanın Rusiyaya etiraz notası verməsinə münasibət bildirən M.Zaxarova qeyd edib ki, burada söhbət jurnalistin sözlərindən gedir.
“Biz hər zaman İrəvandan Ermənistanın söz azadlığına sadiq olduğunu eşitdik, üstəlik də hazırkı Ermənistan rəhbərliyi bunu özünün imperativi edib. Bu, birincisi.
İkincisi isə bizim rəsmi mövqeyimiz rəsmi İrəvana yaxşı məlumdur. Bu mövqeyin məğzini biz dəfələrlə bəyan etmişik, o cümlədən brifinqlərimizdə. Biz ardıcıl olaraq 2020 və 2021-ci illərdə imzalanmış üçtərəfli bəyanatlar əsasında Cənubi Qafqaz regionunda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların kompleks şəkildə blokdan çıxarılmasından danışırıq.
Hər şeydən öncə burada söhbət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il üçtərəfli bəyanatından gedir. Həmin bəyanatda hər şey dəqiq şəkildə qeyd olunub. Mən həmin bəyanatın bu hissəsini dəfələrlə səsləndirmişəm, bunu indi bir daha edəcəyəm”, – deyə M.Zaxarova vurğulayıb.
Rusiya XİN sözçüsü xatırladıb ki, həmin bəyanatda regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılması, Ermənistan Respublikasının Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verməsi, bu marşrut üzrə nəqliyyat əlaqəsinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Xidmətinin həyata keçirməli olduğu qeyd edilib.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
