Zəngəzur yolu ilə bağlı… | Obrayenin Bakıya səfərində vacib məqam
Yeniliklərdən dərhal xəbərdar olun
“ABŞ çalışır ki, Mərkəzi Asiyadan mal ixracı Rusiya və Çindən deyil, alternativ yollarla, o cümlədən Azərbaycandan keçsin”.
Bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen deyib.
Diplomat qeyd edib ki, Mərkəzi Asiya ölkələrindən dünya bazarlarına ixrac hazırda yalnız Çin və Rusiya vasitəsilə həyata keçirilir və alternativ yol üçün Azərbaycanla əməkdaşlıq etmək lazımdır:
“Bir marşrut Gürcüstandan Qara dənizə keçir, digəri isə potensial olaraq daha böyük marşrut Azərbaycan, Ermənistan və Türkiyədən keçəcək. Bu səbəblərə görə Azərbaycan və Ermənistan arasında sülh sazişinə ehtiyacımız var”.
C.Obrayen əlavə edib ki, Bakıya səfəri zamanı o, Azərbaycan Prezidenti İlham Əliyevə sülhün vaxtının yetişdiyini deyəcək.
Qeyd edək ki, C.Obrayenin bu gün Azərbaycana gələcəyi gözlənilir.
#ABŞ teqi istifadə olunub
- Ukrayna danışıqları arxa plana keçə bilər
- Vaşinqton və Avropanın Moskva ilə bağlı fərqli yanaşmaları
- Hərbi əməliyyatlar nə vaxt başlaya bilər? - “İran sərt cavab verməli olacaq” - Baku TV
- Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı
- Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV
