Zəngilan şəhərinin mühüm strateji mövqeyi
Yeniliklərdən dərhal xəbərdar olun
Zəngilan Birinci Qarabağ müharibəsində işğal edilmiş sonuncu rayon idi.
1993-cü ildə oktyabrın 29-da işğal edilərkən rayon mühasirəyə alınmış və insanlar Araz çayını keçməklə rayondan çıxmışdılar.
1993-cü ilin 12 noyabrında BMT-nin qəbul etdiyi 884 saylı qətnaməyə görə, hərbi əməliyyatların dərhal dayandırılması, işğal edilmiş Zəngilan rayonu da daxil olmaqla, digər rayonlardan erməni silahlı dəstələrinin çıxması tələb edildi. Qətnamənin icrası isə 27 ildən sonra yalnız Azərbaycan Ordusunun qətiyyətli mübarizəsi ilə mümkün oldu.
İran və Ermənistanla sərhəd olan Zəngilanın azad edilməsi dövlət sərhədinin bərpasını təmin edib, Qarabağ düyünün açılmasında həlledici rol oynayıb.
Zəngilanın azad edilməsi Azərbaycanın Zəngəzur bölgəsinə nəzarət imkanları yaradıb. Bununla yanaşı, Zəngilanın Bartaz, Sığırt, Şükürataz və daha beş adsız yüksəkliyinin azad olunması Ordumuza vizual üstünlük qazandırıb.
Hazırda işğaldan azad edilən ərazilərdə tikilən 3 hava limanından biri Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanda yerləşir. Zəngilan həm də Zəngəzur dəhlizinin keçəcəyi yerdir. Bununla yanaşı, İran vasitəsilə Naxçıvana gedən digər bir yolun da başlanğıc nöqtəsi olan Zəngilan mühüm qovşaqdır.
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
