Ən böyük itkilərlə üz-üzə qalan kim oldu? | Dünyanı silkələyən məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
Çin şirkəti “DeepSeek”in pulsuz “chatbot” “DeepSeek-R1”in uğuru fonunda texnologiya ehtiyatlarının azalması nəticəsində dünyanın 500 ən zəngin adamının sərvəti yanvarın 27-də ümumilikdə 108 milyard dollar azalıb.
Bu barədə “Bloomberg” yazıb.
Belə ki, ən böyük itkilərə Amerika çip istehsalçısı “Nvidia”nın baş direktoru Censen Huanq məruz qalıb. Onun sərvəti 20 % və ya konkret rəqəmlə ifadə etsək, 20,1 milyard dollar azalıb.
“Bloomberg Billionaires Index”in qiymətləndirməsinə görə, onun sərvəti 101 milyard dollar həcmində dəyərləndirilir. Bununla da “Nvidia” 600 milyard dollar ucuzlaşaraq “Apple” və “Microsoft”a uduzaraq dünyanın ən dəyərli şirkəti titulunu itirib və səhmləri təxminən 18 % ucuzlaşıb.
“Bloomberg” yazıb ki, “Oracle Corp”un həmtəsisçisi Larri Ellison isə 22,6 milyard dollar, “Dell”in qurucusu Mikael Dell 13 milyard dollar, “Binance”in qurucusu Çanpen Çao isə 12,1 milyard dollar itirib.
Çin “chatbot”unun işə salınması Avropa birjalarına da təsir edib. Süni intellekt infrastrukturu üçün avadanlıq təchiz edən “Siemens” şirkətinin səhmləri 19,9 % ucuzlaşıb.
Qeyd edək ki, “DeepSeek” keçən həftə “OpenAI”nin “ChatGPT” ilə rəqabət apara biləcəyi yenilənmiş süni intellekt modelini təqdim edib. Yanvarın 27-də “DeepSeek-R1” “AppStore”da ən populyar pulsuz proqram olub.
#Çin teqi istifadə olunub
- Pekində fəlakət bölgəsində xilasetmə və bərpa işləri gücləndirilir
- H2-X avtomobil qaldırır, mürəkkəb hərəkətlər edir
- 3690 metr uzunluğundakı tras meşəlik dərələrdən keçir
- Çində baş tutacağı gözlənilən üçtərəfli görüş müsbət nəticələnə bilərmi? - ƏSAS XƏBƏR
- ABŞ-nin Mərkəzi Asiya planında Azərbaycana hansı rol ayrılır? - AKTUAL GÜNDƏM
