Makedoniyalı İskəndərin təsvirinə həyat verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Mütəxəssislər süni intellektin köməyi ilə qədim yunan freskasını bərpa ediblər.
Klassik antik dövrün ən böyük və mühüm əsəri kimi tanınan freska rəqəmsal texnologiyanın inkişafı sayəsində yenidən işlənib.
“ReVis” adlı layihə Aiqaidəki freskaların ilk hərtərəfli və elmi sənədləşdirilmiş tədqiqidir. Tədqiqat çılpaq gözlə görünməyən dizayn detallarını açmaq üçün fotoqrafiya üsullarından istifadə edib.
Komanda 2013-cü ildə başlayan axtarışı davam etdirərək at belində yaşlı kişi və gənc adamı, ehtimal ki, II Filipp və Makedoniyalı İsgəndəri təsvir edən reliktə yeni həyat bəxş edib.
Freskanın rəqəmsal bərpası sənəti elmlə, o cümlədən vizual rəssam Kristos Simotos tərəfindən hazırlanmış süni intellekt alətləri və rəssam Emmanuil Bitsakisin təqdim etdiyi yaradıcı yanaşmalarla birləşdirir.
#Süni intellekt teqi istifadə olunub
- Süni intellekt proqram təminatındakı təhlükəli boşluqları aşkar edir
- Süni intellektin dezinformasiya riski müzakirə olundu - Baku TV
- Mask süni intellektin inkişafının ənənəvi pulun əhəmiyyətini azalda biləcəyini bildirib
- Süni intellekt xeyli insanın həyatına son qoya bilər? - Baku TV
- İnkişaf edən süni intellekt gələcəkdə ən təhlükəli kiber hücum vasitəsi hesab olunur
