"Whatsapp" illərlə sınaqdan keçirdiyi funksiyanı təqdim etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“WhatsApp” messencerində səsli mesajlarla bağlı yeni funksiya yaranıb.
Bu barədə şirkətin saytında məlumat verilib.
Bildirilib ki, “WhatsApp” tərtibatçıları 2021-ci ildən sınaqda olan səsdən mətnə transkripsiya funksiyasını nəhayət tətbiq ediblər. İndi o, bütün messencer istifadəçiləri üçün əlçatandır. Onu sadəcə telefonun ayarlarına daxil olub aktivləşdirmək lazımdır.
Audio mesajı mətnə çevirmək üçün müvafiq düyməni sıxmaq kifayətdir. Şifrənin açılması istifadəçinin cihazında lokal olaraq həyata keçirilir ki, bu da məlumatların təhlükəsizliyinə və məxfiliyinə zəmanət verir.
O da vurğulanır ki, səsli mesajların pulsuz transkripsiyası birbaşa istifadəçinin cihazında həyata keçiriləcək. Buna görə də dəstəklənən dillərin siyahısı “Android” və iOS-da fərqli ola bilər.
#Whatsapp teqi istifadə olunub
- Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV
- Kiberdələduzlar yeni üsula əl atdı | Şəxsi məlumatlarınız ələ keçirilə bilər - Baku TV CANLI
- Messencerdəki yeniliklər digər funksiyalara təsir edəcək?
- Yeni funksiya xülasəni oxumaqda sizə kömək edəcək
- Qrup yazışmalarına üstünlük verənlər mütləq bilsin!
