Ölçünü dəyiş
Bakıda 2 avtomobil toqquşub, 1 nəfər yaralanıb
Hadisə
17 İyul 2019, 03:52
2,432 görüntü
Paylaş:
Sabunçu rayonunda 2 avtomobil toqquşub, 1 nəfər yaralanıb.
Rayonun Elşən Mehdiyev küçəsində baş verən qəzada Nəcibə İsmayılovanın idarə etdiyi "Ford Focus" və Türkiyə vətəndaşı Burak Taşkının idarə etdiyi "Mitsubishi" markalı minik avtomobilləri toqquşub.
İlkin məlumata görə, Nəcibə İsmayılova yolu keçmək istəyən piyadaya yol vermək üçün avtomobili saxlayan zaman arxadan gələn "Mitsubishi" "Ford"-a çırpılıb.
Hadisə zamanı "Ford"-un sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu
Şərhlər