Cəmiyyət
Pleyeri seçin:

1 ildə 1000-ə yaxın mina zərərsizləşdirildi | Qarabağdan görüntülər

22 dekabr 2023

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə həyata keçirilən tədbirlər plana uyğun olaraq davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, azad edilmiş ərazilərdə 2023-cü il yanvarın 1-dən dekabrın 21-dək mühəndis-istehkam bölmələri tərəfindən ümumilikdə 6 930 hektaradək ərazidən 234 ədəd piyada əleyhinə, 721 ədəd tank əleyhinə mina və 1 405 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq zərərsizləşdirilib.

Həmçinin mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə yeni təminat yolları çəkilib, mövcud təminat yolları təkmilləşdirilərək bərpa edilib.

Ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi zamanı əsas səylər yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib. Qarabağ iqtisadi rayonunda aşkar olunmuş mina və partlamamış döyüş sursatlarının bir qismi növbəti dəfə Ağdərə rayonunun “Gödəkburun” təlim mərkəzində partlatma və yandırma üsulları ilə məhv edilib.

Qeyd edilib ki, azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun olaraq 2024-cü ildə də davam etdiriləcək.

Hibrid avtomobillər ödənişli yola buraxılmır? - Açıqlama

Hibrid avtomobillər ödənişli yola buraxılmır? - Açıqlama

Cəmiyyət
17 may 2024
Şəkidə hansı yenilik ediləcək? - Sakinlər Baku TV-yə danışdı

Şəkidə hansı yenilik ediləcək? - Sakinlər Baku TV-yə danışdı

Cəmiyyət
17 may 2024
Kərim Vəliyev prosesi izlədi | Artilleriya bölmələrinə xüsusi tapşırıq

Kərim Vəliyev prosesi izlədi | Artilleriya bölmələrinə xüsusi tapşırıq

Cəmiyyət
17 may 2024
Bu ixtisasla bağlı yenilik edildi | Nazirlikdən açıqlama

Bu ixtisasla bağlı yenilik edildi | Nazirlikdən açıqlama

Cəmiyyət
17 may 2024
Baku TV-nin Zaqatala sakinləri ilə reportajı

Baku TV-nin Zaqatala sakinləri ilə reportajı

Cəmiyyət
17 may 2024
Xəstəni yararsız UAZ-da saxladılar ki... | Xəstəxanada nə baş verib?

Xəstəni yararsız UAZ-da saxladılar ki... | Xəstəxanada nə baş verib?

Cəmiyyət
17 may 2024
İcra Hakimiyyəti Qazaxdakı məsələyə aydınlıq gətirdi

İcra Hakimiyyəti Qazaxdakı məsələyə aydınlıq gətirdi

Cəmiyyət
17 may 2024
Baku TV Murovdağın zirvəsində | Kəlbəcərdə güclü qar

Baku TV Murovdağın zirvəsində | Kəlbəcərdə güclü qar

Cəmiyyət
17 may 2024
Məmnunluq 99 faizin üzərindədir | Naxçıvan “ASAN Xidmət” mərkəzindən hesabat

Məmnunluq 99 faizin üzərindədir | Naxçıvan “ASAN Xidmət” mərkəzindən hesabat

Cəmiyyət
17 may 2024
Fırıldaqçılara qarşı diqqətli olun! - Balakəndə kibercinayətkarlara qarşı tədbir

Fırıldaqçılara qarşı diqqətli olun! - Balakəndə kibercinayətkarlara qarşı tədbir

Cəmiyyət
17 may 2024
Seçilmişlər
icon