Fırıldaqçılara qarşı diqqətli olun! - Balakəndə kibercinayətkarlara qarşı tədbir
Kiber üsullarla törədilən cinayətlərdən vətəndaşların zərər görməməsi üçün polis əməkdaşları tərəfindən zəruri tədbirlər davam etdirilir.
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları da bu tədbirlər çərçivəsində kibermaarifləndirmə işinin daha da gücləndirilməsi məqsədilə bankomatların, ödəmə terminallarının ətrafında, mağazalarda, eləcə də digər ictimai iaşə obyektlərində məlumatverici lövhələr quraşdırıblar.
Həmçinin sakinlərlə profilaktik söhbətlər apararaq internet resursları üzərindən dələduzluq və oğurluq əməlləri törədən şəxslərin ən çox istifadə etdikləri üsullar barədə onları məlumatlandırıblar.
Polis əməkdaşları kibercinayətkarlıq halları ilə üzləşdikləri təqdirdə vətəndaşları diqqətli olmağa çağırıb və polisə məlumat vermələrini tövsiyə ediblər.