Pleyeri seçin:

Müştəri “plyonka”nı sökdürür ki, cərimələyirlər.. | Qurum məsələyə aydınlıq gətirdi

22 noyabr 2024 406 baxış

Sürücülərdən biri iddia edir ki, avtomobilində “plyonka”dan istifadə etdiyi üçün polis əməkdaşları tərəfindən cərimə olunub.

O bildirib ki, şüşə örtüyünü avtoservisdə yoxladıb, hər şey qaydasında olsa da, ona cərimə tətbiq olunub.

Maraqlıdır, bəs görəsən bununla bağlı qanunvericilik nə deyir?

Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, istehsalçı zavod əgər sözügedən “plyonka”ları istehsal edirsə, deməli o, proses zamanı işığın paylanma dərəcəsini nəzərə alır:

“İşığın səpələnmə, düşmə bucağı aydındırsa və sürücü üçün heç bir problem yaranmırsa, bu zaman heç cərimə tətbiq oluna bilməz. Ümumiyyətlə, bu sahədə bizdə bəzi boşluqlar var”.

Sözügedən problemlə qarşılaşan sürücülərin sayı çoxdur. Polis əməkdaşları isə bu halı qanunsuz hesab edirlər.

Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Mübariz Ağayev bildirib ki, nəqliyyat vasitəsinin xarici işıq cihazlarının üzərinə örtüklərin çəkilməsi onların rəng çalarlarının, işıq yayma keyfiyyətinin dəyişməsinə, ötürdüyü siqnalların, daşıdığı funksiyanın düzgün anlaşılmamasına səbəb ola bilər:

“Odur ki, “Yol hərəkəti haqqında” Qanunun 1 saylı Əlavəsinə əsasən, xarici işıq cihazlarının miqdarı, tipi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsinin konstruksiyasının tələblərinə uyğun olmalıdır. Nəqliyyat vasitəsinin xarici işıq cihazlarından normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması və ya dəyişdirilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsinə əsasən, inzibati məsuliyyət yaradır”.

Banner
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
07 noyabr 2026 406 baxış
"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

Cəmiyyət
07 noyabr 2026 406 baxış
Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Cəmiyyət
07 noyabr 2026 406 baxış
Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 406 baxış
Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 406 baxış
Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Cəmiyyət
07 noyabr 2026 406 baxış
Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 406 baxış
"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 406 baxış
Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 406 baxış
"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 406 baxış
Seçilmişlər
icon