Pleyeri seçin:

Bu qaydaları pozanları cərimə gözləyir | Sürücülərin diqqətinə

21 iyun 2024 704 baxış

Qanunvericiliyə “velosiped yolu” anlayışı daxil edilir.

Bu, Milli Məclisin iyunun 21-də keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Yeniliyə əsasən, velosiped yollarında velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla digər nəqliyyat vasitələrinin hərəkəti, dayanması və ya durması qadağandır.

Qanunvericiliyə edilən digər dəyişiklikdə isə ödəniş etmədən parklanma yerini tərk edənlər inzibati məsuliyyətə cəlb olunacaq. Həmçinin Dövlət Avtomobil Yollarında səlahiyyəti olmayan şəxslərin parklanma yerləri təşkil etməsi, parklanma xidməti göstərməsi, həmin xidmətlə bağlı ödəniş tələb etməsi İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

Qeyd edək ki, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün heç bir vəsait tələb olunmur.

Bundan əlavə, xidməti parklanma yerlərində avtomobil saxlayanlar da cərimələnəcək. Belə ki, yeni layihəyə əsasən, xidməti zərurətlə əlaqədar dövlət orqanlarının istifadəsində olan və onların əməkdaşlarına məxsus nəqliyyat vasitələrindən başqa digər avtomobillərin xidməti parklanma yerlərində parklanmasına görə 40 manat cərimə ediləcək.

Həmçinin əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər avtomobillərin parklanmasına görə 60 manat cərimə tətbiq ediləcək. Texniki cəhətdən nasaz olan kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə verilməsinə görə dörd yüz manatdan altı yüz manatadək cərimə var.

Avtomobili taksi duracaqlarında saxlayanları isə 40 manat cərimə gözləyir. Elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerji doldurma məqsədilə parklanma yerləri 5.15 yol nişanına 7.5.9 lövhəciyi əlavə olunmaqla müəyyən ediləcək.

“Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, həmin parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla nəqliyyat vasitələrinin parklanması qadağandır.

Banner
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 704 baxış
Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Cəmiyyət
01 noyabr 2026 704 baxış
28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

Cəmiyyət
01 noyabr 2026 704 baxış
Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 704 baxış
Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 704 baxış
Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 704 baxış
Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 704 baxış
Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 704 baxış
Gecə 6 saatdan az yatanları nə gözləyir?

Gecə 6 saatdan az yatanları nə gözləyir?

Cəmiyyət
01 noyabr 2026 704 baxış
Yuxarı sinif şagirdlərinin intizam böhranı

Yuxarı sinif şagirdlərinin intizam böhranı

Cəmiyyət
01 noyabr 2026 704 baxış
Seçilmişlər
icon