Pleyeri seçin:

Qəzaya səbəb olanlar məsuliyyətə cəlb olunmurlar? | Toqquşma ona görə olursa... - Baku TV

08 avqust 2026 316 baxış

Yol hərəkəti zamanı bəzi sürücülərin təhlükəli manevrləri qəza ilə nəticələnməsə belə, digər hərəkət iştirakçılarını ciddi risk altında qoyur. Nəticədə, qəza qaçılmaz olur, hadisəyə səbəb olan isə heç nə olmamış kimi yoluna davam edir.

Mütəxəssislər hesab edirlər ki, belə halların hüquqi qiymətləndirilməsi yol hərəkətinin təhlükəsizliyi baxımından vacibdir.

Nəqliyyat eksperti Samuran Səmədbəyli bildirib ki, bəzən sürücülər qəfil zolaq dəyişir, təhlükəli manevrlər edir və ya yol vermirlər. Nəticədə isə toqquşma baş verir:

“Ancaq qəza anında həmin sürücü yol-nəqliyyat hadisəsinin birbaşa iştirakçısı olmur. Yəni avtomobili heç bir toqquşmaya məruz qalmadığı üçün səbəbkar olduğu halda hadisə yerini tərk edir. Belə halların qarşısını almaq üçün ilk növbədə, şəhərdaxili müşahidə kameralarından daha effektiv istifadə olunmalıdır. Əgər araşdırma nəticəsində müəyyən edilərsə ki, qəza məhz həmin sürücünün qanunsuz hərəkəti nəticəsində baş verib, o da məsuliyyətə cəlb edilməlidir. Çünki yol hərəkəti qaydalarını pozmaqla təhlükəli vəziyyət yaradan şəxs qəzanın baş verməsində səbəbkar hesab olunur”.

Ekspert onu da qeyd edib ki, belə hallar ciddi şəkildə araşdırılmalı, hətta toqquşmaya səbəb olan sürücü dəymiş ziyanı da ödəməlidir:

“Əsas məqsəd odur ki, heç bir sürücü “heç kimə toxunmadım, deməli, məsuliyyət daşımıram” düşüncəsində olmasın. Əgər onun qayda pozuntusu başqa hərəkət iştirakçılarının qəza etməsinə səbəb olubsa, bu əməl mütləq hüquqi qiymət almalıdır”. 

Banner
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
07 noyabr 2026 316 baxış
"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

Cəmiyyət
07 noyabr 2026 316 baxış
Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Cəmiyyət
07 noyabr 2026 316 baxış
Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 316 baxış
Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 316 baxış
Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Cəmiyyət
07 noyabr 2026 316 baxış
Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 316 baxış
"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 316 baxış
Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 316 baxış
"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 316 baxış
Seçilmişlər
icon