Pleyeri seçin:

Talassemiyalı xəstələrə qarşı dələduzluq edən qadın hakim qarşısında

17 may 2024 469 baxış

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmişlərin mülki iddiaları məhkəməyə təqdim edilib.

Daha sonra Aynur Bayramovanın vəkili Elnur Quliyev müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib. O qeyd edib ki, Aynur Bayramovanın həm özü, həm də qızı xərçəng xəstəliyindən əziyyət çəkir, onların hər ikisinin müalicəyə ehtiyacı var.

Daha sonra prokuror Fariz Rzayev vəsatətə münasibət bildirib. O bildirib ki, cinayət işində 900 min manatdan çox ziyan var. Bu baxımdan həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün əsaslar yoxdur. Zərərçəkmişlər də vəsatətin təmin edilməməsini istəyiblər.

Hakimlər təqsirləndirilən şəxslər, zərərçəkmişlər və şahidlərin dindirilməməsini əsas gətirərək vəsatəti təmin etməyiblər. Bu qərara etiraz edən Aynur Bayramovanın digər vəkili Ramil Əliyev bütün məhkəmə tərkibinə etiraz etməklə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri İsmayıl Xəlilova müraciət ünvanlayıb və cinayət işinin başqa hakim heyətinə verilməsini istəyib. Müşavirə keçirən hakim heyəti etirazın baxılmamış saxlanılması barədə qərar qəbul edib.

Qeyd edilib ki, etirazda Cinayət Prosessual Məcəlləsinin tələbləri pozularaq işə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri İsmayıl Xəlilovun baxmasının təmin edilməsi tələb olunub. Qanunda isə birbaşa göstərilir ki, bütünlüklə hakim heyətinə verilən etiraza Bakı Apellyasiya Məhkəməsində baxılmalıdır.

İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən “Çinar Plaza”dakı ofisdə alıb. İstintaq zərərçəkmiş kimi 36 nəfəri müəyyən edib. Bunlar azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir. Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə zərərçəkənlərdən müxtəlif məbləğlərdə pul alaraq onların övladlarının Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib.

Banner
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 469 baxış
Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Cəmiyyət
01 noyabr 2026 469 baxış
28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

Cəmiyyət
01 noyabr 2026 469 baxış
Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 469 baxış
Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 469 baxış
Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 469 baxış
Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 469 baxış
Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 469 baxış
Gecə 6 saatdan az yatanları nə gözləyir?

Gecə 6 saatdan az yatanları nə gözləyir?

Cəmiyyət
01 noyabr 2026 469 baxış
Yuxarı sinif şagirdlərinin intizam böhranı

Yuxarı sinif şagirdlərinin intizam böhranı

Cəmiyyət
01 noyabr 2026 469 baxış
Seçilmişlər
icon