Cəmiyyət
Pleyeri seçin:
104 yaşlı Lənkəran sakini Qızvəs Mehtiyeva səsvermədə iştirak etdi
Lənkəranda 104 yaşlı seçici növbədənkənar parlament seçkilərində səs verib.
Lənkəran rayonunun Xarxatan kənd sakini 104 yaşlı Qızvəs Mehtiyeva səhhətində problem yarandığına görə seçki qutusunun evinə gətirilməsi üçün müraciət edib. Onun istəyinə uyğun olaraq evinə səyyar seçki qutusu gətirilib.
“Ayağım yandığına görə seçki məntəqəsinə gedə bilmədim, sizi əziyyətə saldım. Səsimi verdim, Allah ömür versin, növbəti seçkidə də iştirak edərəm”, – deyə 104 yaşlı Qızvəs Mehtiyeva bildirib.
Kopyalandı
Seçilmişlər