Pleyeri seçin:

12 yaş ərim məndən böyük idi... | Lətifə Abdiyevadan evlənmək istəyənlərə məsləhət - O VAXTLAR

01 mart 2025 610 baxış

“O vaxtlar” verilişinin yeni buraxılışı yayımlanıb.

Proqramın budəfəki qəhrəmanı tovuzlu Lətifə Abdiyeva olub.

15 yaşında ailə qurduğunu söyləyən Lətifə Abdiyeva bildirib ki, həyat yoldaşı ondan 12 yaş böyük olub:

“Evləndiyim adam qohum idi. Yaşım az olduğu üçün evimizdə toy da olmadı. Məktəbi yarımçıq qoyaraq ərə getdim, evlənəndə isə çox çətinliklərlə qarşılaşdım. Sonradan tez ailə qurmağın yanlış olduğunu başa düşdüm. İnsan qarşıda onu nələrin gözlədiyini düşünməlidir. Gənclərə tövsiyəm odur ki, tez evlənməsinlər”.

Qayınanasının tələbkar olduğunu deyən L.Abdiyeva onunla yaşadığı çətinliklərdən bəhs edib:

“Qayınanam çox hökmlü idi, uşaq olduğumu nəzərə almırdı. Tələb etdiyi işləri görsəm də, məndən razı qalmırdı. İki il onunla yaşadıq, sonra yoldaşım Bakıdan ev aldı, bura köçdük. Qayınanamla yaşayanda günüm qara idi. Bakıya köçəndən sonra isə oxudum, işə düzəldim, həm də uşaqlarımı böyütdüm. Üç övladım olub, onlardan biri dünyasını dəyişib”.

L.Abdiyeva dostluq münasibətlərindən də danışıb.

“O vaxtlar dostluq münasibətləri çox güclü idi. Elə insanlar var idi ki, 30 il bir-biriləri ilə dostluq edirdilər. İndiki dövrdə isə adamlara etibar etmək olmur. Əvvəllər boşanmalar da az idi. Evdə söz-söhbət olsa da, ər və arvad boşanmağa risk etmirdi”, − deyə o, sözlərinə əlavə edib.

Banner
Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 610 baxış
“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 610 baxış
“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

Cəmiyyət
10 noyabr 2026 610 baxış
Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 610 baxış
Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 610 baxış
Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 610 baxış
“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

Cəmiyyət
10 noyabr 2026 610 baxış
Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Cəmiyyət
10 noyabr 2026 610 baxış
Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Cəmiyyət
10 noyabr 2026 610 baxış
"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

Cəmiyyət
10 noyabr 2026 610 baxış
Seçilmişlər
icon