Pleyeri seçin:

300 nəfərlik gizli "WhatsApp" qrupu kəndi necə dəyişir? - KƏNDİNƏ QAYIT

19 iyul 2026 448 baxış

“Kəndinə qayıt” verilişinin yeni buraxılışında Goranboy rayonunun Səfikürd kəndinə səfər edilib.

Rayon mərkəzindən təxminən 7 kilometr məsafədə yerləşən Səfikürd qədim tarixi, özünəməxsus təbiəti və adət-ənənələrini qoruyan sakinləri ilə diqqət çəkir.

Verilişdə kənd sakinlərinin yaratdığı “Doğma kəndimiz” adlı “WhatsApp” qrupundan bəhs olunub. Bildirilib ki, 300-dən çox üzvü olan qrup vasitəsilə kəndin abadlaşdırılması üçün iməciliklər təşkil edilir. Sakinlər həftəsonu bir araya gələrək yolları və ətraf əraziləri təmizləyir, Şəhidlər xiyabanındakı ağac və güllərə qulluq edirlər.

“Qrupun öz nizamnaməsi var. Əsas məqsəd kəndin abadlaşdırılmasıdır. Ayda dörd dəfə, şənbə və ya bazar günləri iməcilik təşkil edirik”, – deyə kənd sakin bildirib.

Səfikürd sakinləri kəndin adət-ənənələrini də yaşadırlar. Tut mövsümündə qadınlar bir araya gələrək bəkməz hazırlayır, təndir çörəyi bişirirlər. Kənd sakini Telli xala bəkməzin hazırlanma qaydasından danışaraq onun tərkibinə heç bir əlavə məhsul qatılmadığını bildirib.

Verilişdə 90 yaşına yaxın Gülnaz nənə ilə də həmsöhbət olunub. Doqquz övlad böyüdən kənd sakini müasir dövrdə valideynlərin uşaq saxlamağın çətinliyindən şikayətlənmələrinə münasibət bildirib.

“Bir uşağa baxmaq çətin deyil. Özlərinə zəhmət vermirlər. Mən doqquz uşaq böyütmüşəm. Onlar bir-birini saxlaya-saxlaya böyüyüblər. İndi də hamısı mehribandır”, – deyə Gülnaz nənə qeyd edib.

Banner
Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 448 baxış
“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 448 baxış
“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

Cəmiyyət
10 noyabr 2026 448 baxış
Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 448 baxış
Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 448 baxış
Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 448 baxış
“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

Cəmiyyət
10 noyabr 2026 448 baxış
Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Cəmiyyət
10 noyabr 2026 448 baxış
Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Cəmiyyət
10 noyabr 2026 448 baxış
"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

Cəmiyyət
10 noyabr 2026 448 baxış
Seçilmişlər
icon