Pleyeri seçin:

42 il metroda çalışan mühəndisin heç yerdə danışmadığı hadisələr - O VAXTLAR

03 iyul 2026 415 baxış

“O vaxtlar” verilişinin budəfəki qonağı Əməkdar mühəndis Fuad Tağı-zadə olub.

O, Bakıdakı uşaqlıq illərindən, köhnə məhəllə xatirələrindən, repressiyaya məruz qalan babasından, metro tikintisində keçdiyi peşə yolundan və ailə dəyərlərindən danışıb.

Ailəsinin əslən Gəncədən olduğunu deyən Fuad Tağı-zadə babası Məmmədəli Mollayevin 1937-ci ildə repressiya qurbanı olduğunu xatırladıb:

“Babam Nizamipərəst bir insan olub. 1937-ci ilin noyabrında onu həbs etdilər. Dekabrın 12-də isə o vaxtlar “Üçlük” deyilən qurum ona pantürkçü, panislamçı damğası vuraraq inqilab düşməni elan etdi və güllələdi”.

Politexnik İnstitutunun “Körpü və tunellərin inşası və istismarı” fakültəsini əla qiymətlərlə bitirən qonaq uzun illər Bakı metrosunun tikintisində və yeraltı keçidlərin layihələndirilməsində çalışıb. O bildirib ki, işə başlayanda Bakı metrosunda cəmi 12 stansiya var idi və tunellər tamamilə əl əməyi ilə qazılırdı:

“İndi isə hər şey mexanikləşdirilib. 45 illik əmək fəaliyyətimin 42 ilini metroya həsr etmişəm. Metro ekoloji cəhətdən ən təmiz nəqliyyat növüdür və bizim gələcəyimizdir”.

Verilişdə Fuad Tağı-zadənin həyat yoldaşı Nərminə Tağı-zadə ilə də həmsöhbət olunub. Nərminə xanım nənəsinin ona verdiyi və ömrü boyu unutmadığı nəsihəti bölüşüb:

“Birinci-ikinci sinfə gedəndə nənəm dedi ki, “qızım, yuxudan duran kimi birinci yorğan-döşəyini yığmalısan. Qız uşağının yatağını heç kim görməməlidir”. Bu sözlər mənim üçün həyat dərsinə çevrildi. Mən də öz qızlarımı eyni cür tərbiyə etdim”.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 415 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 415 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 415 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 415 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 415 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 415 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 415 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 415 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 415 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 415 baxış
Seçilmişlər
icon