Cəmiyyət
Pleyeri seçin:

Masallıda aprel şəhidinin xatirəsi anıldı

10 aprel 2019 249 baxış

3 il əvvəl aprel döyüşləri zamanı şəhid olan Firdovsi Bağırzadənin xatirəsi Masallı rayonunun Güllütəpə kəndində yad edilib.

Şəhidin doğulduğu Güllütəpə kəndində keçirilən anım mərasimində rayon icra hakimiyyətinin, təhsil şöbəsinin nümayəndələri, Milli Məclisin deputatı Musa Qasımlı, şəhidin doğmaları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Güllütəpə kənd tam orta məktəbində keçirilən anım mərasimdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edənlər şəhidin göstərdiyi qəhrəmanlıqdan, onun vətən sevgisindən danışıblar. Bildirilib ki, şəhid Firdovsi Bağırzadə 1996-cı ildə anadan olub. 2014-cü ilin oktyabr ayında hərbi xidmətə çağırılıb. 2016-cı ildə aprelin 2-dən 3-nə keçən gecə isə cəbhənin Tərtər rayonu istiqamətindəki təmas xəttində gedən gərgin döyüşlərdə qəhrəmancasına şəhid olub.

Sonra kənd qəbiristanlığında şəhidin məzarı ziyarət edilib, önünə gül dəstələri qoyulub. Mərasim iştirakçıları Firdovsi Bağırzadənin ev muzeyi ilə tanış olublar.

Şəhid Firdovsi Bağırzadə göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Masallının Güllütəpə kəndindəki mərkəzi küçəyə şəhid Firdovsi Bağırzadənin adı verilib.

Rövşən Əzimov

Kopyalandı
Cərimələnən sürücünün şikayətinə qurum nə cavab verdi?

Cərimələnən sürücünün şikayətinə qurum nə cavab verdi?

Cəmiyyət
26 aprel 2024 249 baxış
7 ildir kirayəyə məcburuq | MTK və sakinlər qarşı-qarşıya

7 ildir kirayəyə məcburuq | MTK və sakinlər qarşı-qarşıya

Cəmiyyət
26 aprel 2024 249 baxış
70 ildir zülmlə yaşayırıq | Lənkəran sakinlərinin səbri daşdı

70 ildir zülmlə yaşayırıq | Lənkəran sakinlərinin səbri daşdı

Cəmiyyət
26 aprel 2024 249 baxış
Hərbi Dəniz Qüvvələri və FHN Xəzərdə təlim keçirdi

Hərbi Dəniz Qüvvələri və FHN Xəzərdə təlim keçirdi

Cəmiyyət
26 aprel 2024 249 baxış
Bakıda sürücüləri çaş-baş qoyan zolaq | Dəfələrlə cərimə gəlib ki...

Bakıda sürücüləri çaş-baş qoyan zolaq | Dəfələrlə cərimə gəlib ki...

Cəmiyyət
26 aprel 2024 249 baxış
Bazarda qiymətlər niyə bahadır? - Alıcılar da şikayət edir, satıcılar da

Bazarda qiymətlər niyə bahadır? - Alıcılar da şikayət edir, satıcılar da

Cəmiyyət
26 aprel 2024 249 baxış
Vətəndaş nikahı hansı problemlərə səbəb ola bilər? | Vəkildən açıqlama

Vətəndaş nikahı hansı problemlərə səbəb ola bilər? | Vəkildən açıqlama

Cəmiyyət
26 aprel 2024 249 baxış
Laçında ilk dəfə "Laçında peşə öyrən" adlı yarmarka təşkil olunub

Laçında ilk dəfə "Laçında peşə öyrən" adlı yarmarka təşkil olunub

Cəmiyyət
26 aprel 2024 249 baxış
Keçmiş məcburi köçkünlərin məşğulluğu necə təmin olunacaq?

Keçmiş məcburi köçkünlərin məşğulluğu necə təmin olunacaq?

Cəmiyyət
26 aprel 2024 249 baxış
Xətai rayonunda su borusu partladı | Bir çöp vurub gedirlər

Xətai rayonunda su borusu partladı | Bir çöp vurub gedirlər

Cəmiyyət
26 aprel 2024 249 baxış
Seçilmişlər
icon