Cəmiyyət
Pleyeri seçin:
70 ildir zülmlə yaşayırıq | Lənkəran sakinlərinin səbri daşdı
Lənkəranın dağlıq kəndlərinin yolu keçilməz vəziyyətdədir.
16 minə yaxın sakinin istifadə etdiyi yolda əsasən yolsuzluq üçün nəzərdə tutulan nəqliyyat vasitələri hərəkət edə bilir.
Sakinlər deyirlər ki, yolun vəziyyəti ucbatından kəndə nə təcili yardım maşını gəlir, nə də qış aylarında uşaqlar rahat şəkildə məktəbə gedə bilirlər.
“Xəstəmizi xəstəxanaya aparmaq 30-40 manata başa gəlir. Yanğın olanda zəng edirik, gəlmirlər. Bu yoldan bir dəfə maşınla getsən, onu düzəltməyə bir həftə vaxt sərf etməlisən ”, – deyə sakinlər narazılıq bildiriblər.
Kopyalandı
Seçilmişlər