Pleyeri seçin:

Abort etdirən yeniyetmələr hansı təhlükə ilə üz-üzədir? | “Onları qorumağa çalışırıq...”

16 avqust 2025 725 baxış

Ötən il Azərbaycanda 78 mindən çox abort qeydə alınıb. Müraciət edənlərdən 72 nəfər 15-17 yaş qrupuna, 2679 nəfər isə 18-19 yaş qrupuna aiddir.

Bu məlumat “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” statistik məcmuəsində öz əksini tapıb.

Cərrah mama-ginekoloq Aynurə Abdullayeva bildirib ki, abort ciddi tibbi fəsadlara səbəb ola bilər:

“Uşaqlığın zədələnməsi, deşilməsi, endometriyanın və uşaqlıq borularının zədələnməsi, hormonal fonun dəyişməsi qadının gələcək reproduktiv sağlamlığını təhlükə altına alır.

Həkimlər və cəmiyyət olaraq hər zaman gənc qızlarımızı bundan qorumağa çalışmalıyıq”.

Sosioloq Üzeyir Şəfiyevin fikrincə, abort sayının artması valideyn-övlad münasibətlərindəki problemlərlə bağlıdır:

“Statistikada artım varsa, deməli, ailələrdə uşaqlara diqqət və nəzarət yetərli deyil. Valideynlər övladlarını daha çox təhsilə və uğurlu gələcək nümunələrinə yönləndirməlidirlər”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Rafiq Mahmudov isə vurğulayıb ki, yetkinlik yaşına çatmayanlarda abortların səbəbi reproduktiv sağlamlıqla bağlı məlumatsızlıq və kontraseptiv vasitələrdən düzgün istifadə edilməməsidir:

“Erkən nikah məsələsi də əlavə problem yaradır. Biz çalışırıq ki, dövlət və cəmiyyət üçün xoşagəlməz halların qarşısını alaq”.

Mütəxəssislər hesab edirlər ki, yetkinlik yaşına çatmayanlarda abort hallarının azalması üçün maarifləndirmə işləri, valideyn nəzarəti və hüquqi tədbirlər birgə həyata keçirilməlidir.

Tibbi, sosial və hüquqi səviyyədə atılacaq addımlar gələcək nəsillərin həm mental, həm də fiziki sağlamlıq inkişafına zəmin yaradacaq.

Banner
Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 725 baxış
“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

“1 km yolu niyə dönməliyəm?!” | Sakinlər etiraz edir | “Hər ay 1-2 nəfər ölür burada” - Baku TV

Cəmiyyət
10 noyabr 2026 725 baxış
“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

“Onda bizə təyyarə alın, elə gedək!” | Tikinti şirkəti özbaşınalıq etdi, çəkilişdən sonra isə...

Cəmiyyət
10 noyabr 2026 725 baxış
Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Paytaxt və bölgələrdə hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 725 baxış
Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Binəqədidə sakinlər kanalizasiya probleminə görə çətin vəziyyətdə - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 725 baxış
Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Masazırda hər an faciə yaşana bilər | Təhlükəli vəziyyət niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
10 noyabr 2026 725 baxış
“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

“Belə faciəni düşünmək də çətindir” | Masazırda yüzlərlə şagird risk altındadır - Baku TV

Cəmiyyət
10 noyabr 2026 725 baxış
Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Eyni əmək, fərqli maaş | Qadınlarla kişilərin əmək haqları arasındakı müxtəlifliyin səbəbi nədir?

Cəmiyyət
10 noyabr 2026 725 baxış
Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Piyada səkisinə niyə dirək basdırılıb? | Xırdalanda tikinti şirkəti hasar çəkmək üçün yola girir?

Cəmiyyət
10 noyabr 2026 725 baxış
"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

"Sübut etdim ki, özüm almışam" | Etibarnaməni ləğv etdi, oğurlanıb deyə polisə şikayət etdi

Cəmiyyət
10 noyabr 2026 725 baxış
Seçilmişlər
icon