Pleyeri seçin:

Ailəsi şəhid jurnalist Məhərrəm İbrahimovun ölüm anını danışdı | RETRO BAKU

16 aprel 2025 977 baxış

“Retro Baku” verilişinin yeni buraxılışı yayımlanıb.

Proqramın budəfəki buraxılışı şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunub.

Mərhum jurnalistin həyat yoldaşı Bahar İbrahimova Məhərrəm İbrahimovun şəhid olma xəbərini necə almasından danışıb:

“Sentyabrın 29-da işdən evə gələndə məndən əşyalarını yığmağımı istədi. Müharibəyə gedəcəyini biləndə çox pis oldum.

Cəbhədə olanda çəkilişdən sonra bizə zəng etdi, səsindən təlaşlı olduğu hiss olunurdu. Səhər mesaj yazdı, necə olduğumuzu soruşdu, oğlumuz Uğurla maraqlandı. Ona mesaj yazsam da, cavab vermədi.

Oğlum birinci sinfi bitirdiyi üçün həyəcanlı idim, hazırlaşıb çəkilişə getdik. Orada mənə çoxlu zənglər gəldi, heç birini açmadım. Təkcə Məhərrəmin zəngini gözləyirdim, gözüm telefonda qalmışdı. Sonra yaxınımız zəng etdi, Məhərrəmin minaya düşdüyünü gizlədirdi. Lakin artıq nəsə olduğunu hiss etmişdim.

Özümü necə evə çatdırdım bilmirəm. Bircə deyirdim ki, evdə heç kim olmasın. Çünki əgər insanlar toplaşıbsa, biləcəyəm ki, Məhərrəmə nəsə olub. Evə çatanda gördüm ki, yoldaşımın bacısı, qardaşı həyətdədirlər”.

Şəhidin dostu, jurnalist Fərdin İsazadə Məhərrəm İbrahimovla əlaqələrindən bəhs edib:

“Bir qrup jurnalist o vaxt cəbhə bölgəsinə göndərildi. Məhərrəmlə yaxınlığımız da həmin dövrdə başladı. Biz onunla hərbi jurnalistika yolunu praktika ilə, səhvlərimizdən nəticələr çıxararaq öyrəndik.

Onun minaya düşmə xəbəri yayılanda hələ dəqiq deyildi. Sonra mənə zəng edərək minaya düşənlərdən birinin Məhərrəm olduğunu dedilər. Əsəbi halda “Sizin başınız xarabdır?! Məhərrəm minaya düşə bilməz!” cavabını verdim. Çünki onun atacağı addımlara əmin idim.

O bu sahədə yetişmiş jurnalist idi, ayağını hara qoyacağını bilirdi. Daha sonra təfərrüatlar açıldı, videogörüntülər yayıldı. Məlum oldu ki, avtomobil minaya düşüb. O an qolumuz-qanadımız sındı”.

Banner
İşəgötürənlərin tələbləri ilə kişilərin gözləntiləri niyə üst-üstə düşmür? - Baku TV CANLI

İşəgötürənlərin tələbləri ilə kişilərin gözləntiləri niyə üst-üstə düşmür? - Baku TV CANLI

Cəmiyyət
26 oktyabr 2026 977 baxış
Bakıda gecə və səhər yağış, gündüz isə 20 dərəcəyədək istilik gözlənilir - Baku TV CANLI

Bakıda gecə və səhər yağış, gündüz isə 20 dərəcəyədək istilik gözlənilir - Baku TV CANLI

Cəmiyyət
25 oktyabr 2026 977 baxış
Müəlliflik hüququ, yoxsa plagiat? | Tədris materiallarında müəllif hüquqları necə qorunur? - Baku TV

Müəlliflik hüququ, yoxsa plagiat? | Tədris materiallarında müəllif hüquqları necə qorunur? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 977 baxış
Təkrar müraciətlər, dəyişməyən vəziyyət | Şəhid anasının problemi niyə həll olunmur? - Baku TV

Təkrar müraciətlər, dəyişməyən vəziyyət | Şəhid anasının problemi niyə həll olunmur? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 977 baxış
Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Xəzər suitilərinin kütləvi ölümü ekoloji narahatlıq doğurur - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 977 baxış
Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Peşə təhsili sistemində problemlər var? | İmtahanlar düzgün qiymətləndirilmir? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 977 baxış
Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir

Cəmiyyət
25 oktyabr 2026 977 baxış
Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Çox hərəkət etmək diqqəti gücləndirə bilər

Cəmiyyət
25 oktyabr 2026 977 baxış
Uşaqlara zorakılıq, küçələrdə təhlükə: məsuliyyətsizlik haradan başlayır? - XÜLASƏ

Uşaqlara zorakılıq, küçələrdə təhlükə: məsuliyyətsizlik haradan başlayır? - XÜLASƏ

Cəmiyyət
25 oktyabr 2026 977 baxış
"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

"31 min manat pul ödəmişik, ortada heç nə yoxdur" | Xırdalanda sakinlər niyə qazsız qalıb? - Baku TV

Cəmiyyət
25 oktyabr 2026 977 baxış
Seçilmişlər
icon