Pleyeri seçin:

Akkreditasiyadan keçməyən universiteti nə gözləyir? - Baku TV

23 iyul 2026 321 baxış

Akkreditasiya Şurasının növbəti iclasında Bakı Qızlar Universiteti ilə bağlı qərar qəbul olunub.

Qərara əsasən, ali təhsil müəssisəsinin institusional akkreditasiya üzrə yekun nəticəsi “uyğun deyil” kimi qiymətləndirilib və universitet akkreditasiyadan keçmiş hesab olunmayıb.

İclasda ümumilikdə 7 ali təhsil müəssisəsində aparılmış institusional akkreditasiyanın, həmçinin 16 ali təhsil müəssisəsində ibtidai sinif müəllimliyi və məktəbəqədər təhsil ixtisasları üzrə proqram akkreditasiyalarının nəticələri müzakirə edilib. Bakı Qızlar Universitetində ibtidai sinif müəllimliyi ixtisası üzrə təhsil proqramı da akkreditasiyadan keçməyib. Bundan başqa, universitetə magistratura səviyyəsi üzrə tələbə qəbulu dayandırılıb.

Universitetin müəllimlərindən biri qərarın ədalətsiz olduğunu bildirib. Onun sözlərinə görə, təhsil müəssisəsində dərslər yüksək səviyyədə keçirilir, tələbələr müxtəlif imtahanlarda yaxşı nəticələr göstərirlər.

Qərardan sonra universitetdə təhsil alan tələbələrin gələcək taleyi ilə bağlı da suallar yaranıb. Tələbələr ali təhsil müəssisəsinin fəaliyyətinin dayandırılacağı təqdirdə onların başqa universitetlərə köçürülməsi, ödədikləri təhsil haqları və diplomlarının tanınıb-tanınmayacağı ilə bağlı narahatlıq keçirirlər.

Banner
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filmi nümayiş etdirildi - Baku TV

“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filmi nümayiş etdirildi - Baku TV

Cəmiyyət
04 noyabr 2026 321 baxış
Şəkillərin silinməsi üçün sahiblərindən pul tələb olunur

Şəkillərin silinməsi üçün sahiblərindən pul tələb olunur

Cəmiyyət
04 noyabr 2026 321 baxış
"Nə etmisən sən mənim saçıma?!" | Salonda qadının başına oyun açıldı? | "Yığışdır onu!" - Baku TV

"Nə etmisən sən mənim saçıma?!" | Salonda qadının başına oyun açıldı? | "Yığışdır onu!" - Baku TV

Cəmiyyət
04 noyabr 2026 321 baxış
Bakı və Tiflis Rusiya və Qərbin regional maraqları arasında? - AKTUAL GÜNDƏM

Bakı və Tiflis Rusiya və Qərbin regional maraqları arasında? - AKTUAL GÜNDƏM

Cəmiyyət
04 noyabr 2026 321 baxış
Təbələ qızlara qarşı dəhşətli əməli törədənlər kimlərdir? - Baku TV CANLI

Təbələ qızlara qarşı dəhşətli əməli törədənlər kimlərdir? - Baku TV CANLI

Cəmiyyət
04 noyabr 2026 321 baxış
"Pulunu ver, şəklini silim" | Tələbə qızların şəkillərini icazəsiz kim paylaşır? - Baku TV

"Pulunu ver, şəklini silim" | Tələbə qızların şəkillərini icazəsiz kim paylaşır? - Baku TV

Cəmiyyət
04 noyabr 2026 321 baxış
"Nazı ilə oynamayacağıq ki!" - Dəhşət: müəllim 6-cı sinif şagirdini döydü? - "Uşaq heç sizi sayır?!"

"Nazı ilə oynamayacağıq ki!" - Dəhşət: müəllim 6-cı sinif şagirdini döydü? - "Uşaq heç sizi sayır?!"

Cəmiyyət
04 noyabr 2026 321 baxış
Qalmaqallı iddia: 11 yaşlı oğlan məktəbdə fiziki zorakılığa məruz qalıb? - Baku TV CANLI

Qalmaqallı iddia: 11 yaşlı oğlan məktəbdə fiziki zorakılığa məruz qalıb? - Baku TV CANLI

Cəmiyyət
04 noyabr 2026 321 baxış
Siqaretdən daha az təhlükəli sayırlar, amma... | Həkimlər snus barədə həyəcan təbili çalır - Baku TV

Siqaretdən daha az təhlükəli sayırlar, amma... | Həkimlər snus barədə həyəcan təbili çalır - Baku TV

Cəmiyyət
04 noyabr 2026 321 baxış
“Zəfər Gününə 100 manat mükafat” vədi: Bu mesajlara inanmaq olarmı? - Baku TV

“Zəfər Gününə 100 manat mükafat” vədi: Bu mesajlara inanmaq olarmı? - Baku TV

Cəmiyyət
04 noyabr 2026 321 baxış
Seçilmişlər
icon