Pleyeri seçin:

Ana 14 aylıq körpəsindən imtina edib? | Günlərdir tək qalan uşağın aqibəti

21 mart 2025 768 baxış

Tovuzda uzun müddət evdə tək qalan körpə aşkarlanıb.

Hadisə Göygöl rayon sakini 39 yaşlı Aygün Qədimovanın kirayə qaldığı mənzildə qeydə alınıb.

Ana körpənin uzun müddət tək qalması iddialarını təkzib edib:

“Martın 17-si saat 11:00 radələrində uşağı yedizdirib, içizdirib evdən çıxmışdım. Axşam saatlarında zəng gəldi ki, uşaq xəstəxanadadır”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumata görə, hazırda körpənin müalicələri davam etdirilir:

“Martın 17-si 2024-cü il təvəllüdlü azyaşlı polislər tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Daxil olarkən körpəyə susuzlaşma, susuzluğun təsirindən yaranan əzginlik, süstlük, raxitlik diaqnozu qoyulub.

Azyaşlıya lazımi tibbi xidmətlər göstərildikdən sonra Tovuz Rayon Mərkəzi Xəstəxananın Pediatriya şöbəsinə köçürülüb, vəziyyəti stabildir”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, sözügedən körpə ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Tovuz Rayon İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin rayon polis şöbəsi ilə birlikdə dərhal araşdırma aparılıb, körpənin həyat və sağlamlığı, təhlükəsizliyi üçün tədbirlərə başlanılıb:

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinə verilən sorğu əsasında körpənin ailəsi ilə bağlı məlumatlar əldə edilib. Məlum olub ki, Aygün Qədimova nikahdankənar doğulan, evdə günlərdir tək saxlanılan 1 yaş 2 aylıq olan övladına sahib çıxmaq istəmir.

Hazırda Tovuz Rayon Xəstəxanasında olan azyaşlı körpənin sağlamlığı ilə bağlı hər hansı bir təhlükə yoxdur. O, Bakıya gətirilərək dövlət uşaq müəssisəsinə yerləşdiriləcək”.

Metroda yeni mərhələ | Xətlərin ayrılması nəyi dəyişdirəcək? - Baku TV

Metroda yeni mərhələ | Xətlərin ayrılması nəyi dəyişdirəcək? - Baku TV

Cəmiyyət
11 avqust 2026 768 baxış
Cəlbedici təklif verilir, əslində isə... | Onlayn alış-veriş edənlərə xəbərdarlıq - Baku TV

Cəlbedici təklif verilir, əslində isə... | Onlayn alış-veriş edənlərə xəbərdarlıq - Baku TV

Cəmiyyət
11 avqust 2026 768 baxış
Uşaq evindən milli yığmaya: 9 yaşında ailəsi onu atdı, indi isə milli yığmamızın futbolçusudur

Uşaq evindən milli yığmaya: 9 yaşında ailəsi onu atdı, indi isə milli yığmamızın futbolçusudur

Cəmiyyət
11 avqust 2026 768 baxış
"Şəhərdəkiləri yığırlar, burada yandırırlar, qiyamətdir!" | Dəhşətə gətirən mənzərə - Baku TV

"Şəhərdəkiləri yığırlar, burada yandırırlar, qiyamətdir!" | Dəhşətə gətirən mənzərə - Baku TV

Cəmiyyət
11 avqust 2026 768 baxış
DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib

DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib

Cəmiyyət
11 avqust 2026 768 baxış
Beton panellərin dibindən su axır

Beton panellərin dibindən su axır

Cəmiyyət
11 avqust 2026 768 baxış
İçərişəhərdə biabırçı mənzərə: tariximizə kim qəsd edir? - AKTUAL GÜNDƏM

İçərişəhərdə biabırçı mənzərə: tariximizə kim qəsd edir? - AKTUAL GÜNDƏM

Cəmiyyət
11 avqust 2026 768 baxış
“Qanunsuzluqdur, şikayət edəcəyəm!” - Vətəndaş niyə aldığı maşını sığorta etdirə bilmir? - Baku TV

“Qanunsuzluqdur, şikayət edəcəyəm!” - Vətəndaş niyə aldığı maşını sığorta etdirə bilmir? - Baku TV

Cəmiyyət
11 avqust 2026 768 baxış
Gözəl təbiəti olan bu kənddə yaşamaq niyə mümkünsüzləşib? - Baku TV CANLI

Gözəl təbiəti olan bu kənddə yaşamaq niyə mümkünsüzləşib? - Baku TV CANLI

Cəmiyyət
11 avqust 2026 768 baxış
Əhali "yoxa çıxır" | Bir vaxtlar ailələrlə dolu olan bu kənddə nə baş verir? - Baku TV

Əhali "yoxa çıxır" | Bir vaxtlar ailələrlə dolu olan bu kənddə nə baş verir? - Baku TV

Cəmiyyət
11 avqust 2026 768 baxış
Seçilmişlər
icon