Pleyeri seçin:

“Atası dedi ki, artistə qız vermərəm” | Çingiz Əhmədov həyat yoldaşı ilə tanışlıq hekayəsini danışdı

24 iyul 2026 369 baxış

“O vaxtlar” verilişinin budəfəki qonağı Əməkdar artist Çingiz Əhmədov olub.

Uşaqlıq və gənclik illərindən danışan aktyor həmin dövrdə böyük tamaşaçı sevgisi qazandığını bildirib.

Onun sözlərinə görə, televiziyada tez-tez görünməsi xüsusilə gənc qızların diqqətini çəkib: “Hansısa məktəbin yanından keçəndə qızlar üstümə şığıyırdılar. O vaxtlar buruq saçlarım var idi, geyimimə də çox fikir verirdim. Televiziyada ayda dörd dəfə efirə çıxırdım. Rejissorlar məni verilişlərinə dəvət edirdilər və getdikcə insanların sevimlisinə çevrilirdim”.

Çingiz Əhmədov bildirib ki, yaşadığı binanın qarşısında onu görmək üçün gözləyənlər də olub: “Subay vaxtlarımda yaşadığımız evin qarşısında səkkiz-on qız dayanıb gözləyirdi ki, küçəyə nə vaxt çıxacağam. O zaman indiki kimi hamının əlində telefon yox idi. Kimin fotoaparatı olurdusa, gəlib şəkil çəkdirirdi”.

Əməkdar artist həyat yoldaşı Mehriban xanımla tanışlıq tarixçəsindən də danışıb. O bildirib ki, onları dostu tanış edib: “Dostum dedi ki, “yaxşı oğlansan, istəyirəm, yaxşı bir qızla ailə qurasan”. İlk dəfə görüşəndə mən Azərbaycan dilində danışırdım, o isə rusca cavab verirdi. Sonra danışdıq və gördüm ki, çox istiqanlı qızdır”.

Aktyorun sözlərinə görə, Mehriban xanımın atası əvvəlcə qızının sənət adamı ilə ailə qurmasına razılıq verməyib:

“Atası demişdi ki, “sənin başın xarabdır, artistə adam qız verər? Mən qızımı ona verə bilmərəm”. Sonra anamla bibimi elçiliyə göndərdim. Razılıqlarını aldıqdan sonra qayınatama dedim ki, “elə edəcəyəm, bu evin oğlu olacağam”. Həqiqətən də belə oldu. O, mənə kürəkən kimi yox, evin böyük oğlu kimi baxırdı”.

Banner
“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

“Hər biriniz bütün medallara layiqsiniz” | “Baku TV” kollektivi peşə bayramını qeyd etdi - Baku TV

Cəmiyyət
06 noyabr 2026 369 baxış
"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

"Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Cəmiyyət
06 noyabr 2026 369 baxış
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
06 noyabr 2026 369 baxış
Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Şəhid bulağı niyə bu haldadır? - Binəqədi RİH-dən məsələyə münasibət - Baku TV

Cəmiyyət
06 noyabr 2026 369 baxış
"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

"Gəlib taxta ilə vururlar ki...” | Beton parçaları və daşlar insanların başına “yağır” - Baku TV

Cəmiyyət
06 noyabr 2026 369 baxış
Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Vətəndaşların şikayətinə niyə baxan tapılmır?

Cəmiyyət
06 noyabr 2026 369 baxış
“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

“Baku TV”də peşə bayramı | Ekranın görünən və görünməyən qəhrəmanları - Baku TV

Cəmiyyət
06 noyabr 2026 369 baxış
Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Tıxaca "yaşıl işıq" yandıran işıqfor, gərəksiz arakəsmə | Problem niyə üst-üstə gəlir?

Cəmiyyət
06 noyabr 2026 369 baxış
MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Cəmiyyət
06 noyabr 2026 369 baxış
"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

"Nöqsan yoxdursa, niyə getməliyəm?!" | Binəqədi RİH vətəndaşın əmlakını qanunsuz dağıdıb? - Baku TV

Cəmiyyət
06 noyabr 2026 369 baxış
Seçilmişlər
icon