Pleyeri seçin:

Atası istəmədi, həbs edildi | “Uzun çöp” adlandırılan qız necə dünya ulduzu oldu? - ARAŞDIRMA

05 iyul 2026 394 baxış

Dünyanın ən gözəl qadınlarından biri hesab edilən Sofi Lorenin şöhrətə gedən yolu yoxsulluq və çətinliklərdən keçib.

Əsl adı Sofiya Şikolone olan aktrisa 1934-cü ildə İtaliyada doğulub, atasının qəbul etmədiyi ailədə müharibə və aclıq şəraitində böyüyüb.

Arıq və uzunboylu olduğuna görə uşaqlıqda "uzun çöp" adlandırılan Sofiyanın həyatı 14 yaşında qatıldığı gözəllik müsabiqəsindən sonra dəyişib. Romaya gedən gənc qız əvvəlcə kiçik rollarda çəkilib, daha sonra məşhur prodüser Karlo Pontinin dəstəyi ilə Sofi Loren adı altında dünya şöhrəti qazanıb.

1950-ci illərdə İtaliya kinosunun ulduzuna çevrilən Loren Marsello Mastroianni, Jan-Pol Belmondo, Frank Sinatra, Klark Qeybl və Marlon Brando kimi məşhurlarla ekranı bölüşüb. 1961-ci ildə isə "İki qadın" filmindəki roluna görə "Oskar" qazanan və bu mükafatı xarici dildə çəkilmiş filmə görə alan ilk aktrisa kimi tarixə düşüb.

Sofi Loren özündən 22 yaş böyük və evli Karlo Pontiyə aşiq olub. Uzun illər hüquqi maneələrlə üzləşən cütlük yalnız Fransada münasibətlərini rəsmiləşdirə bilib və Pontinin 2007-ci ildə vəfatına qədər birlikdə yaşayıb. Aktrisa iki uğursuz hamiləlikdən sonra ana olub, 1982-ci ildə isə vergi işi ilə bağlı qısa müddət həbsdə qalıb.

1991-ci ildə fəxri "Oskar" mükafatı alan Sofi Loren 2020-ci ildə 86 yaşında yenidən böyük ekrana qayıdıb. 2024-cü ildə 90 illik yubileyi münasibətilə onun həyatından bəhs edən sənədli film təqdim olunub. Bir vaxtlar "uzun çöp" adlandırılan qız bu gün dünya kinosunun ən böyük əfsanələrindən biri hesab olunur.

Banner
Zəfərdən doğan işıq - Baku TV

Zəfərdən doğan işıq - Baku TV

Cəmiyyət
07 noyabr 2026 394 baxış
"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

"Var-dövlət qazanıram, qız tapa bilmirəm" | "Toyuma gəlməyənləri cərimə edəcəyəm" - ARZUNUN VAXTI

Cəmiyyət
07 noyabr 2026 394 baxış
Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri təmirdən narazıdır

Cəmiyyət
07 noyabr 2026 394 baxış
Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Yağışlı hava şəraitində sürücülərə xəbərdarlıq edilib - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 394 baxış
Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV

Cəmiyyət
07 noyabr 2026 394 baxış
Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Yük maşınlarının hərəkəti sakinlərin narazılığına səbəb olub

Cəmiyyət
07 noyabr 2026 394 baxış
Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Metrodan istifadə edənlərin nəzərinə | Bu tarixdən etibarən... - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 394 baxış
"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

"Bu yola bir əlac etsinlər" | Xırdalanda vətəndaşların asfalt dərdi - Baku TV

Cəmiyyət
07 noyabr 2026 394 baxış
Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Hökməli sakinlərini boğaza yığan yol problemi niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
07 noyabr 2026 394 baxış
"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

"Dedi, ay ana, kimə atmısan?" - Bank kartı sifariş edən qadının başına necə oyun açdılar? - Baku TV

Cəmiyyət
07 noyabr 2026 394 baxış
Seçilmişlər
icon