Atasından xəbərsiz cəbhəyə yollanan Ağstafa şəhidinin atasına son sözləri: dəfndən görüntülər
Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərində xidməti döyüş tapşırığını şərəflə yerinə yetirən zaman şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Sadıqov Samir Cəbrayıl oğlu dəfn edilib.
Şəhid Samir Sadıqov Ağstafa rayon Qırılı kənd qəbirstanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev və təşkilatın əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Samir Sadıqovun tabutu üzərindəki dövlət bayrağını şəhidin atasına təqdim edib.
#Ağstafa teqi istifadə olunub
- Ana niyə 3 uşağını atıb evdən getdi? | "Bəhanədir, hazırlaşıb, qızılları da aparıb..."
- "Dedi ki, tez özünü çatdır, ana rəhmətə gedib" | 74 yaşlı qadın dəhşətli hadisənin qurbanı oldu
- Kənd sakinlərinin yuxusu niyə ərşə çəkilib? | Ağstafada polis hərəkətə keçdi
- Ağstafada dəhşətli hadisə | 41 yaşlı müəllimin həyatını xilas etmək mümkün olmayıb
- Qərb bölgəsində dabaq xəstəliyi fermerlərə böyük ziyan vurdu
